Yuxarı

Azərbaycan Türkiyəyə çay ixrac edəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, ixrac missiyasında Naxçıvan MR-da qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Görüşlər zamanı türk iş adamlarına təqdim olunan Azərbaycan məhsulları türk şirkətləri tərəfindən maraqla qarşılanıb və ixraca dair ilkin razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın Farma-Şah MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib. Bundan başqa, Naxçıvan Sement Zavodu MMC ilə “BASF Türkiyə” şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb. Türkiyənin “Koç Mermer Granit” şirkətinin tikinti layihələri üçün Azərbaycanın Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. Cahan Pen MMC və Cahan Sənaye Kompleksi MMC şirkətləri ilə Türkiyənin “Gema” və “Marmara” plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

Növbəti ixrac missiyası 6-9 noyabr tarixlərində Bolqarıstana təşkil ediləcək.

Tarix
2018.11.06 / 10:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla