Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyul 2018


Rusiyada daha bir fürsət: Evlər ikiqat ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 ayda Rusiyada rublun dəyərinin 40-45 faiz civarında düşməsi daşınmaz əmlak bazarına ciddi təsir edir.

Axar.az-ın məlumatına görə, artıq iki aydır ki, Rusiyanın daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə edilir. İnsanlar rublun dəyər itirməsinə görə daşınmaz əmlaklarının daha da ucuzlaşması və dəyərdən düşməsindən narahat olaraq, bu böhrandan onu satmaq və xarici valyutaya çevirməklə yaxa qurtarmaq istəyir. Bu isə öz növbəsində daşınmaz əmlakın ucuzlaşmasını sürətləndirir.

Orta sinif təbəqə isə baş verən proseslərin hansı istiqamətdə inkişaf edəcəyini gözlədikləri üçün hələlik əllərində olan pulu daşınmaz əmlaka yatırmaqdan çəkinirlər.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun da (ARDNF) Moskvanın biznes mərkəzində yerləşən və dəyəri 133 milyon dollar təşkil edən "Qalereya Aktyor" ofis-ticarət mərkəzi var. Rusiyada daşınmaz əmlakın kəskin ucuzlaşması ARDNF-nin obyektinə də təsirsiz ötüşməyib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Rusiyada mənzillərin qiymətində ucuzlaşmanın 2015-ci ildə də davam edəcəyini açıqlayıb:

"Hazırda vəziyyət bir az başqa cürdür. Son bir həftədə rublun kursu daha sürətlə düşməyə başladı və evini satmaq istəyənlər dəyərin iki dəfədən də artıq ucuzlaşdığını görüb, fikirlərindən döndülər. Çünki rublun məzənnəsi gün ərzində bir neçə dəfə dəyişdi. Demək olar ki, Rusiyada 40-45 faiz vətəndaş bazardan öz mənzilinin satışını çıxardı. Qalan hissə isə hazırda rublun kursuna görə mənzillərin satış qiymətində dəyişiklik edir və bu mənzillərin qiyməti dolların satışına uyğunlaşdırılır. Neftin qiyməti düşür və bu da bazarda pul kütləsinin azalmasını qaçılmaz edir. Bu baxımdan daşınmaz əmlaka yatırım etmək sərfəli deyil. Buna görə də satıcıların profilaktik addımları mənzillərin düşməsinin qarşısını ala bilmir. Müşahidələr 2015-ci ildə də qiymətlərin düşməyə meyilli olacağını göstərir".

İqtisadçı-ekspert Natiq Cəfərli də Rusiyada insanların böyük dəyəri olan əmlaklar almaqdan çəkindiklərini bildirib:

"Müşahidələr son 2 ayda Rusiyanın daşınmaz əmlak bazarında ciddi ucuzlaşmanın baş verdiyini göstərir. İnsanlar əllərində olan vəsaiti qorumağa çalışırlar və böyük dəyəri olan əmlak almaqdan çəkinirlər. Əsasən orta sinif öz gələcəyini tam aydın şəkildə görə bilmədiyi üçün əlində olan vəsaitin böyük hissəsini daşınmaz əmlaka verməkdən çəkinir".

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Moskvada yerləşən əmlakını hazırda satmaq itki ilə nəticələnər:

"ARDNF daşınmaz əmlakı alarkən Rusiyada qiymətlər kəskin yüksək idi. Bu gün həmin əmlakın satılması daha çox itki ilə müşahidə olunacaq. Ən yaxşı halda icarə haqlarını yığmaqla itkilərin qarşısını almaq mümkündür. Daşınmaz əmlak təlatümlü bazardır və marka dəyəri daha yüksək olan ölkələrə yatırım etmək lazımdır. ARDNF Fransada, Sinqapurda əmlaklar alıb və onlarla bağlı çox ciddi problem yoxdur. Amma Rusiya bazarında yaxın gələcəkdə çox ehtiyatlı olmaq lazımdır".

Tarix
2014.12.19 / 00:56
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Üç valyutanı birləşdirdik!

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Dünya birjalarında neftin qiyməti

Rövnəq Abdullayevdən Sumqayıtdakı zavod barədə: İlk dəfə...

Ən çox qaz pulu ödəyən ölkə... - Nazir

Rublla bağlı bədbin proqnoz: ucuzlaşacaq

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Neft ucuzlaşdı

Naxçıvanda nağd pullar yoxa çıxır

Şimal-Cənub Dəhlizinin qərargahı Bakıya köçürülə bilər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla