Yuxarı

Lotu, qoçu, kriminal savaş sevgisi hardandır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lotu Qulinin həbsdən azad olunmasının günlərdir əsas xəbərə çevrilməsi, onun hara gedib-hardan gəlməsi, fotolarının bir-birinin ardınca mediada paylaşılması və bu xəbərlərə oxucu marağı bird aha bu mövzunu gündəmə gətirdi: Oğru alıminə, criminal olaylara bu sevgi hardandır? Bu maraq ictimai nizama necə təsir edir? Təhtəl-şüura yeridilən bu sevgi gənclərin düzgün olmayan istiqamətə meyillənməsinə səbəb ola bilərmi?

Hətta vaxtaşırı olaraq bu aləmdə ən dürüst, insanlara dəstək olan ünlü isimlərin acı həyatı və gənc yaşda qətlə yetirmələri gündəmə gəlirsə, kriminal aləmin qırğınlarına necə meyillənmək olar?

Kult.az-ın suallarına tanınmışlar cavab verdi:

Elçin Mirzəbəyli, politoloq:

Nə qədər bəşəriyyət var, cinayət də olacaq və təbii ki, cinayətkarlar da. Çünki cinayətkarlığı yaradan səbəbləri tamamilə aradan qaldırmaq mümkün deyil. Amma azaltmaq olar.
Azərbaycanda kriminal aləmə marağın artmasının isə bir çox səbəbi var. Əsas səbəb kriminal aləmin və ayrı-ayrı şəxslərin mifləşdirilməsi ilə bağlıdır. Bir çox hallarda kriminal avtoritetlər cəmiyyətə haqq-ədalət tərəfdarları, xeyirxah insanlar kimi təqdim olunurlar.

Şübhəsiz ki, kriminal aləmdə nüfuz sahibi olan insanların arasında yüksək insani keyfiyyətlərini qoruyub saxlayanlar, vətənini, xalqını sevən və ən çətin məqamlarda ictimai maraqların ziyan görməsinə imkan verməyənlər də var. Lakin onların sayı bir o qədər də çox deyil.

Oğru dünyasının təmsilçilərinin qəhrəman kimi təqdim olunmasının səbəblərindən biri də qanunların aliliyinin təmin olunmasında mövcud problemlərlə bağlıdır. Bu sahədə boşluq yarananda təhsilsiz, intellektual səviyyəsi aşağı və müəyyən qədər emosional insanlar ədaləti ya radikal dini cərəyanlarda, ya da kriminal aləmdə axtarırlar.

Digər tərəfdən də bu sahədə marifləndirmə ilə bağlı ciddi problem var. Cəmiyyətdə mövqeyi olan insanların böyük əksəriyyəti bu mövzuda danışmaqdan çəkinir.

İbrahim Rüstəmli, hərbi jurnalist, polkovnik-leytenant:

Bunun ən böyük günahını kütləvi informasiya vasitələrində görürəm. Çap məhsulları arasında kriminal aləmin nümayəndələrinə həsr olunmuş kifayət qədər kitablarla, məqalələrlə rastlaşırıq. Bu mənbələrdə avtoritetlərin ciddi təbliği gənc nəslin təlim-tərbiyəsinə təsirsiz ötüşmür. Nəticədə hələ kiçik yaşlarından onlarda bu adamlara bənzəmək, “oğru”ları yamsılamaq kimi meyillər formalaşır. Sonradan bu meyillərin nəzərəçarpacaq dərəcədə artması eyni dinamika ilə cinayətlərin törədilməsinə gətirib şıxarır. Vəziyyət o həddə çatıb ki, bu kimi neqativlərin qarşısını almaq yalnız Daxili İşlər Nazirliyinin, yaxud Dövlət Təhlükəsizlik Xidmətinin çiyninə düşən vəzifə həddini aşıb. Cəmiyyət cinayətkarlığa qarşı mübarizədə adı çəkilən strukturlarla həmrəylik sərgiləməli, yardımını əsirgəməməli, KİV və nəşriyyatlar belə adamların təbliğinə son qoymalıdır. Məncə, əsl avtoritetlərin özləri də bu cür ucuz və mənasız təbliğatın əleyhinədirlər. Belə olan halda bir sıra informasiya resurslarının müvafiq yöndə sərgilədiyi canfəşanlıq təəssüf doğurur. Əvvəlcə oğru dünyasını ideal məkan kimi təqdim edənlər sonradan eyni ilhamla cinayətlərin “vəsf”inə meydan ayırır, bu yolla tanınmaq istəyirlər. Lakin haqqında danışdığımız mövzuya qapısını bağlayan KİV-lər də az deyil. Mən onların bu addımını təqdir edir, digərlərini də bu təcrübədən yararlanmağa çağırıram. Çünki ucuz şou xatirinə gənc nəslin psixikasını neqativlərlə zədələmək əslində mənəvi cinayətdir.

Ceyhun Musaoğlu, Jurnalist Ekspert Mərkəzinin sədri:

Biz sovet rejimindən çıxan ölkə olmuşuq. O rejimdə həbsxanaların idarə olunması üçün kriminal aləmin nüfuzlu insanlarına ehtiyac vardı. Oxuduqlarıma görə, deyə bilərəm ki, rejimin rəhbərliyi bu məsələdə maraqlı tərəflərdən idi. Müstəqil Azərbaycanda həbsxanaların yazılmamış qanunlarla idarə olunmasına ehtiyac yoxdur. Çünki həbsxanalarda yazılan qaydalar və qanunlar ciddi şəkildə qorunur, oranın sakinləri tərəfindən bu qayda-qanunlara əməl olunur.
Bir neçə il keçəcək, kriminal aləmlə yaxından maraqlanan gənclərin meyli dəyişəcək, onlar yeni dünya düzəninin tələblərinə uyğun inkişaf etmə yolunu seçəcəklər. Əlbəttə, bu prosesin sürətlənməsi üçün KİV-in öhdəsinə böyük işlər düşür. Yazdıqlarımız daha intellektual səviyyəli olsa, baş verən kriminal hadisələrin təqdimatında şişirtmələrə yol verilməsə, ölüm-itim xəbərləri İP xatirinə manşetlərə çıxarılmasa, qan saçan yazıları mədəniyyət xəbərləri əvəzləsə, oxucunun zövqü daha ali olar.
İndiki duruma görə həyəcanlanmağa ehtiyac yoxdur. Bütün ölkələrin tarixində kriminalların daha aktual kəsb etdiyi dövrlər olub. Onlar bu ziyanlı mərhələni maarifçiliyin sistemli tətbiqi və təbliğatı ilə keçiblər. Keçə bilməyənlər ilişib, bu gün qana çalxalanan ölkələrə çevriliblər. Azərbaycan cəmiyyəti intellektual inkişafa böyük meyil göstərən, maarifçiliyi özünə mayak seçən cəmiyyətdir. Yaşımız artdıqca, düşüncəmiz ali hisslərin daşıyıcısına çevriləcək. Ölkədə mədəniyyətin bütün sahələrində inkişaf gedir. Demək olar ki, mədəniyyət hadisələrinin əhatəsində yaşayırıq. Hər gün onlarla mədəniyyət hadisələri yaşanır, beynəlxalq aləmdə rezonans doğruran tədbirlər keçirilir. Biz belə tədbirlərin bu və ya digər dərəcədə şahidləri, iştirakçıları oluruq. Belə cəmiyyətin geri dönüşü yoxdur, yolumuz ancaq irəli gedir. O yolla getməkdən başqa yolumuz da yoxdur.

Tarix
2017.10.28 / 23:12
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla