Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Tarixin “dəmir lediləri” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasət tarix boyu həmişə kişi peşəsi sayılıb. Ancaq müasir həyatda artıq qadın siyasətçilərin olması təəccüb doğurmur. Artıq hər il kişilərlə yanaşı zərif cinsin nümayəndələri də siyasətə atılır. Onlar da seçkilərdə aktiv iştirak edir, parlamentə deputat seçilir, məmur kürsüsündə oturur və hətta hakimiyyəti belə idarə etməyi öz boyunlarına götürürlər. Qadın zərif məxluq sayılır. Ancaq o, zərif olsa da, qətiyyən zəif sayıla bilməz. Bəs görəsən, tarix boyu nüfuz qazanan siyasətçi qadınlar olubmu? Onlar dünya siyasətində necə iz buraxıb?

Kult.az dünya tarixində iz buraxan ən nüfuzlu siyasətçi qadınların bir neçəsini təqdim edir:

Sara Xatun: Azərbaycan tarixində ilk “Birinci ledi” statusunu alan və Şərqdə ilk diplomat qadındır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır. İstеdadlı diplomat qadın kimi məşhur olan Sara Xatun hətta Avropa ölkələrində də tanınırdı. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Tеymuri hökmdarı Əbu Səid, Osmanlı impеratoru II Mеhmеt kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini uğurla müdafiə еtmişdi.

Marqaret Tetçer: Böyük Britaniyanın tarixində yeganə qadın baş nazirdir. Siyasətdəki sərt mövqeyinə görə “Dəmir Ledi” ləqəbi ilə tanınıb. O, Böyük Britaniya tarixində Lord Liverpuldan sonra ən uzun müddət vəzifədə qalan, Lord Palmerstondan sonra isə ardıcıl üç seçkidə (1979, 1983, 1987) qələbə çalan baş nazir oldu. Bir qadın olaraq isə o, ölkəsinin tarixinə hər iki istiqamətdə ilkləri yazdı! Daim aborta, edam cəzasının ləğvinə və boşanmanın asanlaşdırılmasına qarşı çıxış etdi. Heç bir seçkidə məğlub olmasa da, partiya daxilindəki dəstəyi azalan kimi istefa verdi və baş nazirlikdən əl çəkdi. Beləliklə, ölkəsinin tarixində daha bir “ilk”in də müəllifi oldu.
İndira Qandi: bütün dünyanın rəğbətini qazanan və müxtəlif dillərdə danışan, milyonlarla insanın sevimlisinə çevrilən azadlıq mübarizi və “Hindistanın dəmir ledisi” adlandırılan siyasətçi. O, iki dəfə Hindistanın baş naziri seçilib, ölkə tarixinin yeganə qadın baş naziridir. Qandi hakimiyyətə demokrat kimi gəldi, diktator kimi hərəkət etdi, əllərini milli hüquqlarının tapdalanmasına etiraz edənlərin qanına batırdı və bunun da əvəzini canı ilə ödədi.

Bənazir Bhutto: Pakistan İslam Respublikasının 1988-1990 və 1993-1996 baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı. Öz cəsarətinə görə hər kəsi təəccübləndirən Bənaziri “Şərqin dəmir ledi”si adlandırırdılar.

Tarix
2017.11.10 / 01:01
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Küveytli ekspertdən Azərbaycan turizmi ilə bağlı yeni kataloq

“Virtual Qarabağ” yeni versiya ilə gəlir

Mehriban Əliyeva MDTU-nu təbrik etdi

Almaniyada tələbə harada və necə yaxşı yaşaya bilər?

Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - Video

Aida İmanquliyevanın məzarı ziyarət edildi - Foto

Soydaşımızdan Ukraynada böyük uğur

Kampaniya davam edir: məktəblərin girişində... - Foto

İsveçrədə "Qarabağ" adlı məktəb açıldı - Foto

8 yaşlı qızdan nadir tapıntı: 1500 il öncəyə aid... - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla