Yuxarı

25 il həbsdə yatan dahi rəssam - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar rəssam Ələkbər Rzaquliyevin həyat və yaradıcılığına həsr olunan bədii albomun təqdimatı və əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Publika.az-ın xəbərinə görə, Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sütunlarından biri, əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığına həsr olunub.

Azərbaycan milli qrafika sənətinin banilərindən biri sayılan Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ildə Bakıda, İçərişəhərdə dünyaya göz açıb. Bədii təhsilini Bakıda, sonra isə Moskva şəhərində, Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) alıb.

Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olub,1928-ci ildə həbs olunub və həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirib. 53 yaşında bəraət alaraq sürgündən dönən sənətkar linoqravüra texnikasını dərindən mənimsəyib.

Rəssam hər zaman vaxt azlığını hiss edir və daim itirilmiş illərini, qaçırılmış məqamları geri döndərmək, illərlə düşündüyü planları həyata keçirmək, yaddaşının dərinliklərində qoruyub saxladığı təsvirləri kağıza köçürmək üçün tələsib. Emalatxanasında 15-16 saat yorulmadan işləyən rəssam gördüklərini, yaşadıqlarını, həyatının müxtəlif mərhələlərinin ovqatını tamaşaçıya ötürmək, onunla bölüşmək istəyib.

Ömrünün qalan hissəsini linoqravüraya həsr edən rəssam "Köhnə Bakı”, "Tələbəlik illəri”, "Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaradıb. Onun "Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərinin, insanların yaşayış və məişətinin ən müfəssəl panoramıdır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevin linoqravüraları dünyanın bir çox ölkələrində təşkil edilən qrup sərgilərində nümayiş olunub.

O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam olub.

Rəssamın sənəti bu gün də yüksək qiymətləndirilir, onun yaratdığı obrazlar və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdəndir. Rəssamın əsərlərinin ekspozisiyası noyabr ayının 3-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərir. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Tarix
2018.11.05 / 19:52
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla