Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Dahi bəstəkarlarımızın əsərləri Kaliforniyada - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində 5 noyabr 2017-ci il tarixində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konserti keçirilib.

Kult.az xəbər verir ki, Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən və 1000-dək amerikalının iştirak etdiyi konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

Konsertdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu cür möhtəşəm konsertin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Azərbaycan klassik musiqisi barədə danışan N.Ağayev, Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu qeyd edib. Sonda baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Sakramento Gənclər Simfoniyasının direktoru Maykl Nyumana, Azərbaycan musiqiçilərinə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya dərin təşəkkürünü bildirib.

Konsert proqramı F.Əmirovun “Azərbaycan Kapriççiosu” ilə təntənəli şəkildə yekunlaşıb. Konsert tamaşaçılar tərəfindən gurultulu və ayaqüstü alqışlarla qarşılanıb.

Konsertdən sonra qonaqlara Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı zəngin Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

Tarix
2017.11.07 / 14:54
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Türkiyəli müğənnilərin Azərbaycanda toy qiymətləri - Siyahı

Çingiz Sadıxovun nəşi Bakıya gətirildi

Ajda Pekkan Sevil Əliyevanın bəstəsini oxudu - Video

Çingiz Sadıxovla vida mərasimi keçirildi - Foto

Məşhur rus ifaçı Bakıya gəlir

Prezidentdən göstəriş: Çingiz Sadıxovun nəşi Bakıya gətirilir

Dünyaya səs salan Qəbələ festivalı: Kikabidze səhnədə

Bir zamanlar Təbrizdə: “Ağlasan ağlaram, gülsən…” - Video

Qəbələdə turistlər üçün mədəniyyət gecəsi

Kamran "O səs Türkiyə"dən uzaqlaşdırıldı - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla