Yuxarı

Siyasi qətllər: kəşfiyyat şefinin istefası – Gizli İran tarixi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

1997-ci ildə bir dönəm Rəfsəncaninin mədəniyyət naziri olan, gördüyü işlərlə böyük mübahisələrə yol açan və bu məqamdan istifadə edərək cəmiyyətdə hörmət qazanan Yəzd (Ərdəkan) doğumlu Məhəmməd Xatəmi 29 milyon səsin 20 milyonunu alaraq, İranın 5-ci prezidenti seçildi. Bu seçimlərin ən önəmli hissəsi isə İran İslam Respublikasındakı iki önəmli siyasi qanadın açıq və sərt mübahisələrə, siyasi rəqabətə başlaması oldu.

Bu seçimlərdə əsas rəqabət özlərini reformist adlandıran və “Ruhniyun mübariz” adlı təşkilatda yığışan mollalarla mühafizəkar olaraq bilinən “Ruhaniyət mübariz” adlı təşkilatda birləşən mollalar arasındaki kimi görünsə də, əsl rəqabət şəhərli orta sinfi təmsil edən müxtəlif təşkilatlar və cəmiyyət kəsimləri ilə mühafizəkar bazarililərdən, tacirlərdən və şiəliyin ənənəvi dəyərlərinə bağlı olan kənd və kiçik şəhərlərlilərdən ibarət olan qruplar arasında idi.

Gənclər, qadınlar, böyük şəhərlərdə mədəni, sosial azadlıq istəyən orta sinif və İran İslam İnqilabının təzyiqlərindən bir az rahatlamaq istəyənlər Xatəminin sivil toplum şüarına və siyasi, mədəni proqramına səs verdilər. Bu baxımdan Xatəmi dönəmi bu günə qədər İran İslam Respublikasında mətbuat, siyasi və mədəni fəaliyyətlər baxımından ən sərbəst dönəmlərdən biri olsa da, elə bu dönəmdə Xatəmidən asılı olmasa da, bir çox qəzet, kitab və film mühafizəkarların, dini liderin nəzarətində olan orqan tərəfindən bağlandı, nəşrinə izn verilmədi. Xatəmi ilk dəfə olaraq öz dönəmində bələdiyyə məclisi seçkiləri keçirərək, xalqın siyasətə marağını artırdı və yönətimi çox az da olsa, xalqla bölmək istədi.

Xatəmidən öncə İran ilə Avropa arasında çox böyük gərginlik yaranmışdı. İran xaricdə öz müxaliflərini öldürmüşdü və başda İsrail olmaqla, bəzi ölkələrə qarşı terror əməlləri həyata keçirməkdə ittiham olunurdu. Bir çox iranlı dövlət işçisinə səyahət sanksiyası tətbiq olunurdu. Belə bir xarici siyasəti təhvil alan Xatəmi öz dönəmində uğurlu xarici siyasət yürüdərək, İranın beynəlxalq imicini yaxşılaşdırıb, ona etibar qazandırdı. Beləliklə, Xatəmi Avropadan rəsmi dəvət alan ilk İran prezidenti olaraq tarixə keçdi.

Xatəminin yürütdüyü daxili və xarici siyasət illər sonra İran İslam Respublikasının Avropa və dünyada nüfuzunun artmasına səbəb oldu. Xatəminin siyasəti İranın beynəlxalq ictimaiyyətin hörmətli üzvü olmasında rol oynadı.

Xatəmi mədəniyyətlərarası dialoq tezisinə aktiv dəstək verərək həm özünə, həm də İran İslam Respublikasına beynəlxalq aləmdə etibar qazandırdı. İç siyasətdə isə onun dönəmində İslam Respublikasının iç çatışması ən yüksək yerə gəldi və reformistlərlə mühafizəkarlar arasında çox ağır bir siyasi mücadiləyə səbəb oldu. Bu mücadilə topluma da yayıldı. Xalq Xatəmiyə və onun siyasətinə böyük dəstək verdi. Tehran və Təbriz universitetlərində tələbələrlə dini liderin tərəfdarı olan qüvvələr arasında çox ciddi qarşıdurmalar baş verdi və 7 tələbə öldü. İran İslam Respublikasının həssas nöqtələrində yer alan, amma Xatəmini müdafiə edərək, mühafizəkarları əsəbiləşdirən bir neçə şəxsə qarşı Tehranda terror aktı oldu, Xatəminin daxili işlər naziri təyin etdiyi Abdullah Nuriyə Hizbullah adlandırılan dini lider tərəfdarları hücum etdi. Yəni toplumda gərginlik çox yüksək səviyyəyə çıxdı. Xatəmi dönəmində də, Rəfsəncanidə olduğu kimi, yazarlar, aydınlar İran kəşfiyyat orqanlarının məmurları tərəfindən öldürüldü.

Amma Xatəmi ictimai təzyiqlərə davam gətirə bilməyərək, siyasi qətllərin açılmasına imkan verdi və bu, böyük siyasi böhrana səbəb oldu. Bu məsələnin açılmasından sonra Xatəminin kəşfiyyat naziri təyin etdiyi Dorri Nəcəfabadinin də bu işdə əli olduğu ortaya çıxdı. Amma o, sadəcə istefa verdi, hər hansı cəza almadı.

Həmin vaxt siyasi rejimin içindəki mübahisələr qarşıdurma nöqtəsinə çatdı və Xatəminin prezidentliyinə son verilməsi gündəmə gəldi. 1997-2005-ci illər arasında, yəni Xatəmi dönəmində İran İslam Respublikasında güc savaşı dərinləşdi və iki siyasi qanad yarandı. Xatəmi öz dönəmində İrandan kənarda yaşayan iranlılarla, rejim müxalifləri ilə dolaylı olaraq dialoq qurmaq istədi. “Berlin toplantıları” kimi məşhur olan bu toplantılar böyük mübahisələrə yol açdığı üçün dayandırıldı. Reformistlər Xatəminin rəhbərliyində Qərblə dialoqa girərək, ölkə daxilində gedən savaşda da, xarici aləmdə də özlərinə müəyyən yer tutub, dəstək aldılar. Bu iki qanad arasındakı siyasi rəqabət toplumun bütün sahələrinə sirayət etdi və rejimin öz içində yeni alternativin yaranmasına səbəb oldu. Beləliklə, xaricdə olan müxaliflər də əvvəlki güclərini itirdilər.

Xatəmi İranın dini lideri Xameneinin Qərbin İrana qarşı mədəni hücumda olması iddiasına qarşı çıxaraq, mədəniyyətlərarası dialoq fikrini irəli sürdü. 2009-cu ildə bir Danimarka qurumu ona mədəniyyətlərarası dialoq mükafatı verərək, onun dini liderə rəğmən, dialoqu dəstəkləməsinə diqqət çəkmişdi.

Dini liderin dolayı olaraq prezidentlə konfliktə girməsi İranda dini liderlik qurumunun etibarına zərbə vurdu və bununla da dini liderin tərəfsiz olmadığı ortaya çıxdı. Olaydan sonra dini liderə qarşı tənqidlər, hətta nümayişlər də oldu. Bu baxımdan həmin dönəmdə İran İslam Respublikasının öz içindən bir reform yaşayacağı fikrinə toplumda və beynəlxalq aləmdə inanırdılar. İran siyasətində iki reformist və mühafizəkar qanadın bir-birinə qarşı ciddi mücadiləyə başlaması siyasətin iki əsas xəttə ayrılmasına səbəb oldu: bir tərəfdə ölkənin siyasi, iqtisadi, mədəni, dini reformlarla dəyişməsini istəyənlər, digər tərəfdə isə şiəlik, islam inqilabı, Xomeyni və İran dəyərləri ilə problemlərin həll olunacağına inananlar.

Yeni sistemdə dini lider keçmiş nüfuzunu itirərək, reformistləri bir siyasi cərəyan və İranın siyasi müttəfiqi kimi qəbul etdi. Əlbəttə, demək olar ki, reformistlərin varlığı bir tərəfdən İran İslam Respublikasının ayaq üstə sağlam dayanmasına zəmin yaratdı. Onların varlığı və dövlət yönətiminə gələ bilmələri İranın nüfuzuna çox böyük dəstək verdi.

Reformist cərəyan, dini lider və onun tərəfdarları üçün problem yaratsa da, son təhlildə reformistlərin varlığı İran İslam Respublikasını qorumaq baxımından həyati bir məsələ hesab olunub. Reformistlərin varlığı İrana qarşı xaricdən olacaq müdaxiləni qeyri-məşru göstərərək, bu cür müdaxilələrin qarşısını almaq baxımından böyük rol oynayıb.

Xatəmi vergi islahatı keçirib, xarici investisiyalar üçün qanun qəbul edərək, dövlətin mərkəzi bankdan borc almasını qadağan etdi. Amma o, dövlətin iqtisadiyyat üzərindəki təsirini azaldacağına söz verməsinə rəğmən, bunu həyata keçirə bilmədi. Xatəminin dönəmində dəbdəbəli malların istehsalında artım oldu, bu da İran iqtisadiyyatına ziyan vurdu. Onun vaxtında həmçinin neftin ixracatı 16% artdı.

Ümumi olaraq, Xatəmi hökumətini İran tarixinin ən uğurlu hökumətlərindən biri saymaq olar. Xatəmi bu gün İranda cərəyan edən reformist hərəkatın ən etibarlı liderlərindən hesab olunur və toplumda böyük dəstəyə sahibdir.

Ardı var

Tarix
2017.05.17 / 09:09
Müəllif
Umud Mahdian
Şərhlər
Digər xəbərlər

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla