Yuxarı

Türkiyənin sərhədləri dəyişir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Star" qəzetinin məlumatına görə, Türkiyənin xəritəsi dəyişəcək.

Ətraf və Şəhərçilik Nazirliyi koordinasiyasında icra edilən iş daxilində şəhər, mahal və kənd sərhədlərini yenidən təyin edəcək bir addım atılır. Avropa Birliyinə uyğunlaşma məqsədilə 81 şəhərdə olan təxminən 953 mahal və 34 min kəndin sərhədləri tamamilə dəyişəcək.

Tarla, yayla, meşə kimi sahələrin sərhədlərinin müəyyənlişdirilməsi həm kəndlər, həm də kəndlilərarası münaqişələrə son qoyacaq. Mülkiyyət dəyişikliyi isə olmayacaq. Ankaranın Şamlıdərə mahalında pilot olaraq başladılan layihə 2014-cü ilə qədər bütünlüklə Türkiyəni əhatə edəcək. Respublika yaradılandan sonra çəkilən sərhədlərin əsas götürüldüyü dərə, təpə, bulaqlar bu gün müəyyənləşdirilə bilinmir. O dövr sərhədlər "o dərədən bu dərəyə qədər" müəyyənləşdirilib. Ancaq dərələr müəyyən müddətdən sonra quruduğuna görə sərhəd anlaşılmazlıqları ortaya çıxır. Yeni xəritənin çəkilməsi xüsusilə şərqi və cənub-şərqi Anadoluda tez-tez yaşanan ərazi anlaşılmazlıqlarını da köklü sürətdə həll etmiş olacaq.

Van gölünün "sahibi" müəyyənləşdiriləcək

Hələ də 1924-30-cu illər arasında çəkilən sərhəd xəritələrindən istifadə edən Türkiyə bütün keçmiş xəritələri ataraq yeni xəritəsini yaradacaq. Van gölündə baş verənlərlə əlaqədar səlahiyyətin hansı şəhərin üzərində olduğu dəqiqləşəcək. Məsələn, göl sahilində baş verəın bir hadisəyə Van, yoxsa Bitlis polisinin baxacağı mövzusunda tez-tez yaşanan mübahisələrə də birdəfəlik son qoyulacaq.

Tarix
2013.09.23 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla