Yuxarı

"Altılıq" Cenevrəyə toplaşır - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak etmək üçün yaxın saatlarda yenidən Cenevrəyə gələcək.

"Axar.az"ın xəbərinə görə, bu barədə məlumatı Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib. Onun sözlərinə görə, AB ali nümayəndəsi Ketrin Eştonla və danışıqlarda istirak edən komanda ilə məsləhətləşmələrdən sonra Con Kerri Cenevrəyə getməklə bağlı qərar verib.

"Altılıq"ın (Rusiya, Koreya, ABŞ, İngiltərə, Fransa, Almaniya) İranla nüvə proqramı ilə bağlı növbəti müzakirəsi Cenevrədə çərşənbə günü başlayacaq. İsrail, ABŞ və bəzi Qərb ölkələri İranı dinc nüvə proqramı pərdəsi altında atom silahı hazırlamaq istəyində suçlayır. İran isə bu iddiaları rədd edir və nüvə enerjisi layihəsindən geri durmayacağını bəyan etməklə, bunu haqqı sayır.

Xatırladaq ki, noyabrın 7-də Con Kerri Yaxın Şərqə səfərini yarımçıq qoyaraq Cenevrəyə, bu danışıqların ilk mərhələsində iştirak etməyə gəlmişdi. Danışıqlar nəzərdən tutulduğundan bir gün artıq davam etsə də, nəticə olmamışdı.

Hazırda danışıqların 3-cü mərhələsi davam edir. Noyabrın 24-də Ketrin Eştonla İran Xarici İşlər nazirinin görüşü nəzərdə tutulur. Danışıqlar arzulanan istiqamətdə gedərsə, növbəti həftənin çərşənbə günü ilk ciddi addım atıla bilər. Bəzi optimist müşahidəçilər bu danışıqları İranın atom energisi problemini dinc yolla həll etmək üçün gözəl şans hesab edirlər.

***

Böyük Britaniyanın Xarici İşlər Naziri Uilyam Heyq öz Tvitter hesabında şənbə günü "Altılıq"ın İranla danışıqlarında iştirak etmək üçün Cenevrəyə səfərə çıxacağını açıqlayıb.

Fransanın XİN rəhbəri Loran Fabiusun da bu gün Cenevrəyə gələcəyini RİA NOVOSTİ diplomatik mənbələrə istinadla xəbər verir.

Rusiya XİN başçısı Sergey Lavrov isə 22 noyabrdan artıq Cenevrədədir və İran Xarici İşlər naziri ilə görüşə hazırlaşır.

***

Çinin xarici işlər naziri də artıq Cenevrədədir

Tarix
2013.11.23 / 02:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla