Yuxarı

ABŞ İrəvanın oğru diplomatını qara siyahıya saldı - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi rus mafiyasının bir sıra qanuni oğrularına qarşı sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya nazirliyin saytında yer alıb. Qanuni oğrular qara siyahıya transmilli cinayətkar fəaliyyətlərinə görə düşüblər. Yeni sanksiyalara əsasən, bu şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulub və Amerika vətəndaşları ilə biznesi qadağan edilib.

Sanksiyalar siyahısına qanuni oğrular Zaxariya Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Vasya Voskres), Kamçibek Kolbayev (Qamçı), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislav Leontyev (Vadik Belıy), Yuri Piçuqin (Piçuqa), Vladimir Tyurin (Tyurik), Alimcan Toxtaxunovun (Tayvançik) adı düşüb. Siyahıda həmçinin qanuni oğrulara maddi dəstək verənlərə də yer ayrılıb. Onlardan biri də Özbəkistandan olan məşhur iş adamı Qafur Rəhimovdur.

Eyni maddə ilə siyahıda Ruben Tatulyana da yer verilib. Tatulyan qanuni oğrulara dəstək verməkdə ittiham olunub. Onun iki şirkəti - “Vesna Hotel Spa” və “Novıy Vek – Media” - qara siyahıya salınıb.

Qeyd edək ki, siyahıda yer alan qanuni oğrular rus mafiyasının əsas idarəçiləri hesab edilir. Onlardan bəziləri Rusiyada, bir qismi isə Avropada yaşayırlar. Bu şəxslər sırasında yer alan Vladimir Tyurin həmçinin keçmiş rusiyalı deputat Denis Voronenkovun ölümünün əsas sifarişçisi sayılır. Şakro Molodoy isə mafiyanın lideri olmaqla bərabər, silah ticarətinin əsas iştirakçılarından hesab olunur. Laşa Şuşanaşvili rus mafiyasının Avropadakı qanadının nəzarətçisidir. Məhz onun nəzarəti altında gürcü və postsovet məkanından olan oğrular fəaliyyət göstərir. Bu siyahıda yer alan şəxslərin bir qismi azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) rəqibi sayılırdı. Bu işdə xüsusilə mafiya liderliyinə iddialı olan Vasya Voskres seçilirdi.

Qafur Rəhimova gəlincə, o, Özbəkistandakı “Qardaş dairəsi” adlanan cinayət qruplaşmasının əsas liderlərindən biridir. Onun üzv olduğu qruplaşmada bu siyahıda olanlardan Xritoforov, Leontyev və Kolbayev yer alıb. Rəhimov bir müddət öncə İnterpolun ən çox axtarılan cinayətkarları sırasında yer alsa da, sonradan o, bu siyahıdan çıxarılmışdı. O, Mərkəzi Asiyadan Avropaya narkotik daşınmasının əsas təşkilatçısı kimi göstərilir. Bir zamanlar Özbəkistan lideri İslam Kərimovun qızı Gülnarə Kərimova ilə rəqabətə görə ölkədən qovulan Rəhimov üçün İslam Kərimovun ölümündən sonra münbit şərait yaranıb.

Tatulyan isə əslən Soçidəndir. Ermənistanın hakim dairələri ilə sıx əlaqələrə malikdir. O, həmçinin, Ermənistanın diplomatik pasportunu daşıyır və diplomatik nömrə nişanlı avtomobildə gəzir. Onun diplomatik pasporta sahib olması bu ilin mayında Çexiyada saxlanılmasından sonra ortaya çıxmışdı.

Tarix
2017.12.23 / 10:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla