Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


ABŞ-ın hərbi seçimi: Türkiyə, yoxsa?.. – Brayzadan sensasiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalılar Türkiyənin Afrinə niyə girdiyini anlamırlar.

Axar.az xəbər verir ki, bunu “Habertürk”ə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.

“Türkiyə ilə ABŞ-ın münasibətləri həqiqətən pisdir. Vaşinqtonda görüşdüyüm bəzi yüksək vəzifəli şəxslər Türkiyəyə güvəndiklərini, amma bərabər çalışmaq imkanlarının olmadığını deyirlər. 90-cı illərdən bu yana Türkiyə-ABŞ əlaqələri ilə bağlı araşdırma aparıram və inanın mənə, əlaqələrimiz bu qədər pis olmayıb. Hazırda Menbiçdə toqquşma riskimiz mövcuddur. Makmasterlə Tillerson məhz buna görə Ankaraya səfər etmək qərarını veriblər. Vaşinqtondakı ən yüksəkdə olan rəhbər şəxslərin əlaqələri yaxşılaşdırmaq istədiyini bilirəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, Menbiçdə Türkiyə və ABŞ-ın qarşıdurma riski olsa da, bunun reallaşması azdır:

“Bu olsa belə, qısa davam edəcək. Əgər toqquşma gerçəkləşsə, iki tərəf də təcili vəziyyətə düşəcək, nəticədə NATO işə qarışacaq. Belə olan halda Türkiyənin NATO-dan çıxacağını düşünmürəm. Türkiyədəki siyasətçilərin İran və Rusiya ilə yalnız qalmaqdansa, NATO üzvü olaraq qalmasına üstünlük verəcəyini düşünürəm.

Təxminən 20 il əvvəl də Türkiyə ilə ABŞ arasında qarşıdurma riski olacağı bəlli idi. 2003-cü ilin əvvəllinə gedək. Bilirsiniz ki, ABŞ o dövrdə İraqın işğal planının son mərhələsini hazırlayırdı. Türkiyə ilə torpaqlarından istifadə etmək üçün müzakirələr aparırdıq. O dövrdə də bu tip müzakirələr aparıldı və mən də bunların bir hissəsi idim. Türkiyə parlamentinin buna icazə verməməsi hər iki tərəfi çox qəzəbləndirmişdi. Bundan sonra İraqdakı türk əsgərlərinə qarşı çuval hadisəsi yaşandı. Türkiyə daha sonra İraqa hərbçilərinin yerləşdirilməsini düşündü. Məqsəd İraq kürdlərinin müstəqilliyinə əngəl olmaq idi. O dövrdə çox qəribə mübahisələrimiz olmuşdu. Məsələn, Türkiyə rəsmiləri “İraq parçalanmasın deyə əsgərlərimizi buraya göndərsək, nə olar?” deyəndə bəzi özündənrazı amerikalı siyasətçilər “sizi çıxararıq” deyirdilər. O zaman bu problemi həll etdik, çünki NATO müttəfiqi idik”.

Brayza hazırda Vaşinqtonda çox dar bir qrupun Türkiyəyə diqqətini yönəltdiyini bildirib:

“NATO-ya diqqətini yönəldənlər daha çox Orta və Şərqi Avropa ilə maraqlanırlar. Bu fərqlilik Amerikanın hərbi təşkilatlanmasına da maneə yaradır. Türkiyə ilə Avropa Qüvvələri Komandanlığı (EUCOM) maraqlanır. Lakin Yaxın Şərq Mərkəzi Qüvvələr Komandanlığına (CENTCOM) bağlıdır. Türkiyə ilə əlaqəli narahatlığa sahib olanların çoxu da məhz Mərkəzi Qüvvələr Komandanlığındadır. EUCOM-da olan və Türkiyəni daha yaxşı anlayan qrupun siyasi proseslərə təsiri yetərli deyil. Buna görə də YPG kimi məsələlərdə lazımsız siyasət həyata keçirilir. Amerikalılar Türkiyənin Afrinə niyə girdiyini anlamırlar. Onlar düşünürlər ki, Türkiyə ABŞ-ın müttəfiqləri ilə savaşır, deməli, onlar təhlükə yaradırlar. Vəziyyətin nə qədər qarışıq olduğunu heç kim başa düşmür. Buna görə də Türkiyənin ABŞ-dakı imici pisdir. Amma Vaşinqton Tillerson və Makmasterin sayəsində Ankaradakı görüşlərdən yaxşı xəbərlər almaq və yeni bir dönəmə başlamaq istəyir. Türkiyənin Afrindəki mövqeyi yaxşı anladılmalıdır.

Pentaqon Afrində yox, digər bölgələrdəki ünsürlərə yardım edir. Prinsipcə, ABŞ digər tərəfə baxa bilər və hədəf alınan özünün dəstəklədiyi YPG olsa belə, Türkiyəyə “bu əməliyyatı tez və uğurlu şəkildə icra edin” deyə bilər. Məncə, Suriyanın şimalında stabillik üçün görülməsi lazım olan da məhz budur. Üstəlik, Rusiyanın maraqlarını da nəzarət altına almaq üçün bu, yaxşı yoldur. Əgər Türkiyə Afrin əməliyyatını uğurla tamamlasa və bölgəyə sabitlik gətirsə, bu, Türkiyənin ABŞ-la müzakirələrində uğurlu imkan olar”.

Diplomat həmçinin Rusiyanın niyə Afrin əməliyyatına dəstək verdiyini də açıqlayıb:

“Rusiya Suriyadan çıxmaq istəyir. Buna görə də əməliyyata dəstək verir. Çünki burada bataqlığa düşüb. 2015-ci ildə əməliyyatın qısa müddətli olacağını dedilər, amma indiki vəziyyətlərinə baxın. Bu uzun, amma oyundəyişdirici müdaxilə oldu, həm də bir sıra hərbi cinayətlərlə yadda qaldır. Onlar da burada daha çox qalıb, Suriyanın parçalanmasını istəmirlər. Əgər Türkiyə şimalda stabillik yaratsa, bu, onlar üçün də yaxşıdır. Türkiyənin Menbiçə gedəcəyi təqdirdə isə ABŞ-la daha çox problem yaşayacağını bilirlər. Bəlkə də Afrin əməliyyatlarına dəstək verməklə onlar ABŞ-a yaxın YPG-ni cəzalandırmaq istəyirdilər, lakin əsas hədəfləri bu deyildi. NATO üzvü olan ölkənin Afrinə sadəcə YPG-yə incə mesaj vermək üçün girməsini istəməzsiniz. Rusiya da YPG-yə dəstək verdi və Soçiyə çağırmağa çalışdı. Ərdoğan isə buna qarşı çıxdı. Rusiya hər iki tərəfə də oyun oynayıb. Əsas cavab isə Rusiyanın Afrin əməliyyatlarını dayandırmaq gücü olmamasındadır. Rusiya Suriyanın hava məkanını Türkiyəyə bağlaya bilərdi, amma nəticəsi nə olacaqdı? Bu zaman daha böyük bir strateji məqsədi təhlükəyə atacaqdı. Bu strategiya isə Türkiyəni NATO-dan uzaqlaşdırıb, yanına çəkmək idi. Yəni Rusiyanın məqsədi NATO və Türkiyənin arasını pozmaqdır. Ruslar kürdləri veclərinə almırlar və onlardan istifadə edirlər.

Rusiya Afrin əməliyyatı ilə həm də “ABŞ güvəniləcək müttəfiq deyil” mesajını verir. Türkiyə YPG-ni vurur və ABŞ heç bir şey etmir. Vaşinqton özünü müdafiə imkanları çətin olan bir xarici siyasətin içindədir. Səbəb isə Türkiyə və YPG arasında dəqiq siyasətin olmamasıdır. Bir zamanlar ABŞ-ın vitse-prezidenti Bayden “YPG Fəratın şərqinə çəkilməlidir” dedi, ardınca isə prezidentin köməkçi Bred Makqark ç bunun əleyhinə çıxdı. Bütün bunlar Amerika siyasətində çox böyük qarşıdurmaya işarədir”.

Keçmiş səfir Vaşinqtonda Türkiyəyə dəstək verənlərin də olduğunu söyləyib:

“Konspirativ nəzəriyyələrə ehtiyacımız yoxdur. İnsanlar çətin qərarlar verməlidirlər. Yuxarı vəzifələrdəki liderlər uğursuzluğa düçar olublar. Obamanın özünü çox sevirdim, amma xarici siyasət məsələsində çox uğursuz idi. Çünki liderlik etmək istəmirdi. Tramp üçün də eyni şey keçərlidir. Buş İraq müharibəsində öncə bir deklarasiya yayımlatdı və “məqsədlərimiz İraqda PKK üçün etibarlı bölgələri ləğv etməkdir” dedi. İllərlə Pentaqon və CENTCOM-la bürokratik savaş yaşamışam. “Prezident söz verib, amma biz heç nə etmirik” dedim. Aldığım cavab isə belə idi: “Biz heç nə etməyəcəyik, çünki Səddam Hüseyni məğlub etmək məqsədimizdən uzaqlaşırıq”. Eyni şeyi indi də yaşayırıq. Lakin Amerika rəhbərliyində “Türkiyənin maraqlarını qorumamız gərəkdir” söyləyənlər də var. Məsələn, Dövlət Departamenti və EUCOM generalları. Amma Suriya CENTCOM-un nəzarətindədir və onlar tamam ayrı şeyi düşünürlər. Vaşinqtonun özü bu məsələlərdə çaşbaş qalıb, Ankara necə baş çıxara bilər? Həllin tək yolu Trampın “buna son qoymalıyıq” deməsi ilə olmalıdır. Məsələn, Tramp CENTCOM-a deyə bilər ki, ya YPG ilə müttəfiq kimi davrana bilmərik, ya da YPG ilə qətiyyən heç bir iş görməməliyik. Üçüncü variant isə odur ki, Tillerson Türkiyədə “İranın şiə qurşağı formalaşdırmasını ikimiz də istəmirik. Seçimlərimiz nədir?” deyə bilər.

Artıq YPG və Türkiyə ilə eyni anda yaxşı vəziyyətdə ola bilmərik. Bu bizim xarici siyasətimizin uğursuzluğudur və buna özümüz səbəb olmuşuq. ABŞ NATO-dakı ən böyük müttəfiqindən uzaqlaşır. ABŞ artıq seçmək məcburiyyətində qalacaq, amma bu, kəskin seçim olmayacaq. Orta yol tapılacaq”.

Tarix
2018.02.12 / 13:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu iki ölkə Rusiyaya qarşı birləşdi

İranla müqaviləni pozmağın fəsadları... - Moqerini

226 illik qurumun tarixində - Bir ilk

Təyyarə parça-parça oldu, lakin...

ABŞ dayanmaq bilmir: İrana qarşı daha bir sanksiya

Tarixi görüşün şərəfinə medal təsis edildi - Foto

Afinada gürcü cinayətkar dəstə saxlanıldı

Pompeonun İrana qarşı 12 şərtinin səbəbi... - İran

Bizi Rusiya və Türkiyədən qoruyun - Nazirdən çağırış

ABŞ-da növbəti atışma

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla