Yuxarı

Qazax nazir: “Pantürkizm fərziyyədən başqa bir şey deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan və Türkiyə münasibətləri yüksələn trayektoriya ilə inkişaf edir, lakin pantürkizmlə bağlı səsləndirilən fikirlər fərziyyədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Xarici İşlər naziri Erlan İdrisov deyib.

"Bizim münasibətlərimiz çox yüksəkdir. Təbii ki, Türkiyə ilə mədəni-tarixi aspektlər xüsusi rol oynayır. Burada heç bir pantürkist yanaşmadan söhbət gedə bilməz. Mətbuatda tez-tez belə fərziyyələr səsləndirilir. Pantürkizm reallıq deyil, reallıq bizim qədim qohum olmağımızdır", - İdrisov bildirib.

İdrisovun sözlərinə görə, müasir türklər Altayı öz vətənləri hesab edirlər və bu da Türkiyə ilə münasibətlərə təsir göstərir:

"Türkiyə Qazaxıstanın siyasi və iqtisadi aspektdə əsas partnyorudur. Siz bilirsiniz ki, Türkiyə müstəqilliyimizin ilk illərində iqtisadiyyatımızın yenidən formalaşdırılmasında bizə ciddi kömək edən ölkələrdəndir. Buna görə də türk təcrübəsi bizə çox lazımdır".

Tarix
2014.12.26 / 13:19
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla