Yuxarı

Braziliyada Azərbaycanla bağlı müsabiqə - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Rio de Janeyro şəhərində, Azərbaycan adını daşıyan bələdiyyə məktəbində Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş rəsm müsabiqəsinin iştirakçıları və qalibləri olan şagirdlərin təltifləndirilməsi tədbiri keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Kult.az-a daxil olan məlumata görə, müsabiqənin qalibi olan, Heydər Əliyev Mərkəzinin rəsmini çəkən Allan Rodriges Roki, müsabiqədə iştirak etmiş digər şagirdlərə səfir Elxan Poluxov tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Bundan əlavə, məktəbin bütün şagird və müəllim heyətinə Azərbaycanla Braziliyanın Dövlət Bayraqlarının əks olunduğu döş nişanı hədiyyə verilib.

Tədbir zamanı məktəbin direktoru və müəllim heyətinə Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş rəsm müsabiqəsinin təşkil edildiyinə görə təşəkkürnamə təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Tədbirin sonunda Azərbaycan Dövlət Bayrağının rənglərində olan yüz ədəd şar məktəb şagirdləri ilə birlikdə havaya buraxılıb.

Tarix
2018.05.31 / 22:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla