Yuxarı

Nərimanbəyova Avropanın ən yaxşı rəssamıdır - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun "TOİLE D'OR" ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.

Axar.az xəbər verir ki, atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova "Adajio" diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, "2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı" statusu qazanıb.

Qeyd edək ki, N.Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı "ART EN CAPITAL" layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.

"ART EN CAPITAL"ın əsas və yeganə mükafatı olan "TOİLE D'OR" 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36 rəssam layiq görülüb.

Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.

Bu gün dünya miqyaslı rəssamların siyahısına qızıl hərflərlə azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu qələbəsi müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.

Nigar Nərimanbəyova deyib: "Bu xəbərdən inanılmaz həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. Artıq azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə həmişə ilham verir və məni xoşbəxt edir".

Qeyd edək ki, azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini "müasir incəsənətin şah əsərləri" adlandırıb.

Tarix
2016.06.08 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla