Yuxarı

Uşaqlar təhlükədə: xərçəng yaradan oyuncaqlar - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyuncaqlar standartların tələblərinə uyğun deyilsə, uşaqların müxtəlif xəstəliklərə yoluxmasına gətirib çıxara bilər. Bəzən kütləvi ticarət şəbəkələrində, mağazalarda, topdansatış mərkəzlərində Çindən gətirilən keyfiyyətsiz uşaq oyuncaqlarının satıldığını müşahidə edirik.

Bu sözləri Axar.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı keyfiyyətsiz və uşaqların sağlamlığına ciddi təhlükə törədən oyuncaqlar barədə danışarkən söyləyib. O bildirib ki, komitə tərəfindən mütəmadi olaraq Çin istehsalı olan oyuncaqların keyfiyyəti haqqında valideynlərə məlumatlar verilir:

“Bir neçə il bundan öncə uşaq oyuncaqlarının laboratoriyada yoxlanılması zamanı xeyli sayda məhsulun tərkibində ağır metalların, kansoregen maddələrin, toksiki elementlərin olduğu aşkar edilib və həmin oyuncaqların satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülüb”.

F.Talıblı qanunvericiliyin tələbinə əsasən, uşaq oyuncaqlarının məcburi sertifikasiyadan keçirilməli olduğunu deyib:

“Qanunvericiliklə nəzərə tutulmuş qaydada məhsullarını yoxlamadan keçirməyən sahibkarlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb oluna bilərlər. İstənilən sahibkar satışa çıxarmazdan əvvəl mütləq həmin sertifikatlaşdırma orqanlarına müraciət edib məhsullarının keyfiyyətini, təhlükəsizliyini yoxlatmağa borcludur. Sertifikasiyanı akreditasiya edilmiş orqanlar həyata keçirir. Yəni komitə sertifikasiya ilə məşğul olmur.

İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, standartların tələblərinin pozulmasına görə fiziki şəxslər 1500-2000, hüquqi şəxslər üçün isə 4000-5000 manat məbləğində cərimə nəzərdə tutulub”.

Ekspert bildirib ki, valideynlər övladlarına oyuncaq alarkən onun keyfiyyətini müəyyənləşdirməkdən ötrü öncə xarici görünüşünə fikir verməlidirlər:

“Oyuncağın tikişlərinin möhkəm olmasına, tüklərinin tökülməməsinə, metal və ya rənglidirsə, onların rənginin getməməsinə diqqət yetirməlidirlər. Çünki körpələr oyun zamanı oyuncaqları ağızlarına aparırlar. Belə hallardan sığortalamaq üçün valideynlərə oyuncaq alarkən mağazadan sertifikat tələb etmələri tövsiyyə olunur”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə Çindən gətirilən 19 ton uşaq oyuncağı tərkibində ağır metallar və kanserogen maddələr aşkar edildiyinə görə İstanbul polisi tərəfindən müsadirə edilib. Laboratoriya şəraitində aparılan yoxlama nəticəsində bəlli olub ki, oyuncaqların rənglənməsində istifadə olunan boya dəri və gön məmulatlarının rənglənməsində istifadə olunur.

Tarix
2017.12.08 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla