Yuxarı

Arı sancan gənci öldürən həkimi bu şəxs himayə edir – Şikayət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qolunu arı sancdığı üçün həkim tərəfindən məcburi əməliyyat edilərək öldürülən gəncin işilə bağlı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxaran Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Abasovla bağlı ailə məhəkəmə şikayət edib.

Bu barədə Axar.az-a ötən ilin oktyabr ayında arı sancmasından sonra 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyev tərəfindən əməliyyat edilən və həkimin verdiyi narkoz səbəbindən ölən, lakin ölüm işilə bağlı heç bir cinayət içi açılmayan 24 yaşlı Cavid İmanlının atası Filman Həsənov bildirib.

Ata bildirib ki, Sabunçu prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas T.Abasov baş vermiş hadisəni düzgün araşdırmayaraq, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixində qərar çıxarıb. Ailə dəfələrlə çıxarılan qərardan narazı qaldığını və ölüm faktının düzgün araşdırılmadığını bildirsə də, işə baxılmayıb. Üstəlik, ölüm faktı ilə bağlı heç bir cinayət işi açılmayıb.

Ailə hesab edir ki, həkimin qoyduğu və ekspertlərin də düzgün hesab etdiyi diaqnoz tamamilə qanunsuz və əsassızdır, tibbi ədəbiyyatlara uyğun deyil.

Sabunçu Rayon Məhkəməsinə müraciət edən ailə məhkəmədən Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi Abasov Turan Qulu oğlunun 530C-17 nömrəli yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Öz ayağı ilə həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

Tarix
2018.07.19 / 17:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla