Yuxarı

Tələsik yemək yeyənlərin diqqətinə: Təhlükə var

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yemək yeyəndə hər tikəni yaxşı çeynəmək lazımdır. Bu sadə qayda bizi bir çox pozulmalardan qoruya bilər.

Araşdırmalar göstərir ki, tələsik yemək bəzi xəstəliklərin riskini artırır.

Axar.az Saglamolun.az-a istinadən sizə bu xəstəliklərin siyahısını təqdim edir:

Litva alimləri araşdırma zamanı aşkar ediblər ki, tələsik yeyən insanlarda 2-ci tip şəkərli diabetin riski bir neçə dəfə artır.

Tez-tez yemək yeyən insanlar adətən lazım olandan daha çox yeyir ki, bu da çəkinin artmasına səbəb olur. Artıq çəki və piylənmə şəkərli diabetin əsas səbəblərindən biri sayılır. Digər tərəfdən tez-tez yemək yeyəndə qanda şəkərin səviyyəsi kəskin qalxır ki, bu insulin rezistentliyinə səbəb ola bilər.

- Ürək xəstəlikləri

Tez-tez yemək yeyən insanlarda metabolik sindromun riski artmış olur. Metabolik sindrom ürək-damar xəstəliklərinin və insultun əsas səbəbi sayılır.

Metabolik sindrom yüksək arterial təzyiq, yüksək xolesterin və piylənmə ilə xarakterizə olunur.

- Piylənmə

ABŞ-da aparılmış eksperiment zamanı artıq çəkisi olan bir qrup insana yeməyi asta-asta yemək, yaxşı çeynəmək tapşırılıb. Bu zaman iştirakçılar həmişəki kimi qidalanırdı və heç bir pəhriz saxlamırdı. 1 aydan sonra məlum olub ki, eksperiment iştirakçıları 3-5 kq artıq çəkidən xilas olublar.

Beləliklə, tez-tez yemək artıq çəkiyə də səbəb olur.

- Mədə xəstəlikləri

Pis xırdalanmış və çeynənmiş qida mədəyə düşdükdə mədə gərgin rejimdə işləməyə başlayır ki, bu da mədə xəstəliklərin inkişafına, refleks xəstəliyinə səbəb ola bilər.

Refleks xəstəliyi zamanı mədə şirəsi mədədən qida borusuna atılır (normada bu baş vermir). Bu da qida borusunun divarlarını yandıdır, orada xoraların əmələ gəlməsinə səbəb olur. Belə xoralar vaxt keçdikcə xərçəngə çevrilə bilər.

Tarix
2018.08.10 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla