Yuxarı

Ürək nevrozu necə müalicə edilə bilər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kardionevroz polinevroloji xəstəlikdir. Ürək çox həssas orqan olduğuna görə istənilən stress və həyəcan onun fəaliyyətinə təsir edir, qan dövranı sürətlənir, döyüntülərin sayı artır, ritm dəyişir. Orqanizm stresslərə daha çox məruz qalanda isə ürək döyünməsinin tutma şəkilli xarakter alması ürək nevrozunun inkişafından xəbər verir. Müasir dövrdə stressiz ötüşmək mümkün olmadığına görə ürək həddindən artıq yüklənməyə məruz qalır, fəaliyyətində pozulmalar əmələ gəlir.

Axar.az xəbər verir ki, bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova Azərtac-a verdiyi müsahibədə deyib: “Kardionevroz özünü müxtəlif əlamətlərlə büruzə verir. Lakin bu xəstələrin hamısının ürək nahiyəsində sancı və sızıldayıcı ağrı müşahidə olunur. Xəstə özünü pis hiss edir, ölüm qorxusu, güclü həyəcan və təşviş hissi yaranır. Ağrı ilə yanaşı nəfəsalmanın çətinləşməsi, yuxu pozulması, ümumi zəiflik, ətrafların keyiməsi və baş gicəllənməsindən şikayətlər olur. Fizikal müayinədə taxikardiya, arterial təzyiqin yüksəlməsi və tərləmənin artması aşkar edilir.

Ürək nevrozu həyati təhlükə yaratmasa da, xəstənin həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən həkimə müraciət etmək mütləqdir. Kardionevrozun müalicəsində dərman maddələri ilə yanaşı ürək-damar sisteminin tonusunu və yuxunu tənzimləmək üçün fitoterapiyadan geniş istifadə edilir”.

Tarix
2018.12.02 / 01:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla