Yuxarı

Azərbaycanlıların dəhşətli Vərəm dispanseri - Fotolar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənddə azərbaycanlılar yaşayan məhəllədə yerləşən Vərəm dispanseri bərbad gündədir. Əslində qapalı olan bu səhiyyə obyekti bu şəhərdə yaşayan soydaşlarımız üçün əsil təhlükəyə çevrilib. Bu barədə Dərbənddə yaşayan həmyerlilərimiz bildiriblər.

Onların dediyinə görə, Vərəm dispanserinin palataları, yeməkxanası, mətbəxi və digər yardımçı otaqları əsil xəstəlik mənbəyidir.

"Biz dəfələrlə şəhər meri İmam Yarəliyevə müraciət edərək dispanserin köçürülməsini tələb etmişik. Onlar hər il buranın təmir olunacağına vəd verirlər. Amma hər il büdcə təsdiq olunanda yadlarından çıxır. Bütün bunlar söz olaraq qalır".

Soydaşlarımızın dediyinə görə, şəhərin Lenin meydanında yerləşən bu dispanser narkomanların da "xidmətindədir":

"Dispanser elə pis gündədir ki, kənardan istənilən şəxs bura keçib istədiyini edə bilir. Eləcə də narkomanlar rahat şəkildə bura gəlib iynələrini vururlar. Hara yazsaq da, xeyri yoxdur. Bu dispanser ləzgilər, darginlər, yəhudilər yaşayan məhəllələrdə olsaydı, çoxdan bir əncam çəkərdilər. Amma bizə gələndə min bir bəhanə tapırlar".

Tarix
2013.12.05 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla