Yuxarı

Deputat torpağımı əlimdən aldı – Əməkdar artist

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə deputat Astan Şahverdiyevin yeznəsi mənim bağımı satın alırdı. Mərdəkanda 16 sota yaxın bağ sahəm vardı. 4,5 sotunu satacaqdım. 8 min manat ödədi, pulun çox hissəsi isə qaldı.

Bu sözləri əməkdar artist Firuzə İbadova Kult.az-a müsahibəsində deyib. Aktrisa bağ sahəsinin millət vəkili Astan Şahverdiyevin həyat yoldaşı tərəfindən mənimsənildiyini iddia edib:

“Notariusda bağı deputatın xanımı Solmaz Şahverdiyevanın adına keçirtdik. Sonradan pulu ödəmədilər. Bu ərəfədə isə yeznələri qəzaya düşüb dünyasını dəyişdi. Dəfələrlə müraciət etsəm də, deputat pulun gerisini ödəmədi. Bütün sahəmi mənimsədi”.

F.İbadovanın sözlərinə görə, mübahisə ilə bağlı uzun müddət məhkəmə prosesi gedib:

“Xəzər rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi onların xeyrinə qərar çıxartdı. Ötən ilə qədər məhkəmələrdəydik. Mən müğənniyəm, özümü və övladımı çətinliklə dolandırıram. Ancaq millətə “otxod” deyən bir deputatın əməlinə “dur” deyən olmadı, bağ sahəmi əlimdən aldılar”.

Millət vəkili Astan Şahverdiyev isə hazırda İtaliyada olduğunu, ölkəyə qayıtdıqdan sonra F.İbadovanın ittihamına cavab verə biləcəyini dedi.

Tarix
2017.03.09 / 22:17
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla