Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2018


Bütün sirlərimi ona deyirdim - Yastı Salmanın nəvəsi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli aktyor, “Böyük dayaq” filmində canlandırdığı Yastı Salman rolu ilə yaddaşlarda qalan Firudin Mehdiyevin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Yubiley gecəsində böyük aktyor haqqında yüksək fikirlər səsləndirilib, onun Azərbaycan mədəniyyəti üçün mühüm şəxslərdən biri olduğu vurğulanıb.

Sənətkarın yubileyi ilə bağlı Kult.az-a danışan Firudin Mehdiyevin qızı Aidə Abutalıbova mərasimi təşkil edənlərə minnətdarlığını bildirib:

“Mən Firudin müəllimin qızı, belə dahi sənətkarın yadigarı olduğum üçün fəxr edirəm. Mən atanı çox müşayiət etmişəm, özüm pianoçuyam. Bu sahəni seçməyimdə atamın rolu olub. Onun da dəstəyi ilə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. Atamla birlikdə konsertlərə getmişik və onun romanslarını ifa etmişəm. Hər zaman atamla birlikdə olduğum üçün onunla bağlı xatirələrim də həddindən artıq çoxdur. Bunları daim mənim yaddaşımın bir guşəsindədir”.

Oğlu Ramid Mehdiyev atasının insan kimi də böyük ürəyə sahib olduğunu deyib:

“Atamın istedadı demək olar ki, hamımıza keçib. Amma biz bunu inkişaf etdirməmişik. Bəlkə də gələcəkdə nəticəsi, nəvələri atamın yolunu davam etdirəcək. Mən musiqi istedadımın olmasına baxmayaraq, kinorejissorluq və rəssamlıqla məşğul olmuşam. Teatr tamaşaçıları üçün musiqi proyektlərim də olub. Atam ən əsası çox gözəl insan idi. Hər kəs də istedad ola bilər, amma atamı çoxundan fərqləndirən onun insani keyfiyyətləri, xeyirxahlığı idi”.

Nəvəsi İzalə Niyazova isə Firudin bəyin ona həm baba, həm də dost olduğunu qeyd edib:

“Babam həm də mənim dostum idi. Bu gün onun ruhu şad olub. O, mənim hər şeyim idi. Mən onunla bütün sirlərimi rahatlıqla bölüşürdüm. Babam son günlərində də ancaq sənət eşqi ilə yaşayırdı. Öz ailəsini sevən, ailəcanlı bir insan olub. Onun istedadı hamımıza müəyyən mənada keçib. Ancaq görünür, onun qədər istedadımız, səsimiz olmayıb ki, sənətini davam etdirək”.

F. Mehdiyevin tələbələrindən biri olmuş əməkdar artist Teymur Əmrah da fikirlərini bölüşüb:

“F.Mehdiyev əməkdar artist adı altında rəhmətə getdi, amma o adam 50 il operanı çiynində aparıb. Lakin çox xoşbəxt insandır ki, onun tələbələrinin hamısı xalq artistidir. Mobil Əhmədov, Yaşar Səfərov, Adil Məlikov, Anatolu Qəniyev və başqaları. Firudin müəllimin son tələbələrindən biri də mən olmuşam. Düzdür, mən opera solisti olmadım, klassik estradanı seçdim. Oqtay Ağayev də Firudin Mehdiyevin tələbəsi olub, o da estradanı seçib. Firudin müəllim, sözün əsl mənasında insan idi. Sakit təbiətli idi. Otello, Qacar, “Leyli və Məcnun” da Leylinin atası və başqa rolların peşəkar ifaçısı olub. F.Mehdiyev səsindən əlavə, çox güclü aktyor idi. Opera sənətinin mogikanı idi Firudin müəllim. Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, 1927-ci ildə anadan olan Firudin Mehdiyev 70 yaşında vəfat edib. Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. 1977-ci ildə o, Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Akademik Opera və Balet Teatrının səhnəsində yaddaqalan partiyalar ifa etmiş tanınmış müğənnini tamaşaçılar həm də istedadlı kino aktyoru kimi yaxşı xatırlayır. “Böyük dayaq” filmində canlandırdığı Yastı Salman rolu ilə yaddaşlarda qalan F.Mehdiyev “Arşın mal alan”, “Dairə”, “Gecə qatarında qətl”, “Hər şey yaxşılığa doğru”, “Sevil” bədii filmlərində də maraqlı rollar yaradıb.

Tarix
2018.05.09 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hind geyimində azərbaycanlı aktyorlar – Serial gəlir

Məşhur hind aktrisa Bakıdan paylaşım etdi - Video

Bakıda Rusiya kino həftəsinin açılışı oldu - Foto

Bakıda Rusiya kino həftəsi başlayır

Rac Kapurun kinostudiyası satışa çıxarıldı

"Yeddi oğul istərəm"ə plagiat iddiası: Rejissorun cavabı - Video

Dünyanın ən çox qazanan aktyorları - Siyahı

Leyla Novruzi Bakıda münsif olacaq

Türkiyənin bu filmi “Oskar”a namizəd göstərildi

Mövlud Mövluda həsr edilən qısa film - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla