Yuxarı

İlham Əliyev 15 gün vaxt verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.

Bu barədə AzVision.az-a millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: "Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”.

Deputat bildirib ki, valyuta bazarının stabilləşməsi vacib məsələdir. V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən "qara bazar”lara qarşı tədbirlər görülür.

"Son iki gündə "qara bazar” fəaliyyət göstərmirdi. Təkcə "qara bazar” deyil, elə bankların özləri də dollar satışını dayandırmışdı. Dünən hüquq-mühafizə orqanlarının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar mənim "qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə söylədiklərimin əbəs olmadığını isbatladı. Bu adamlar faktiki olaraq "qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər addımlar da atılacaq”.

Valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına gəlincə, deputat qeyd edib ki, indiki şəraitdə bunların bərpasına ehtiyac yoxdur: "Ölkədə fəaliyyət göstərən bankların filialları var və onlar valyutadəyişmə əməliyyatı həyata keçirirlər. Bankların normal işləməsi üçün elə şərait yaratmaq lazımdır ki, kifayət qədər valyuta olsun və istəyən şəxs öz valyutasını dəyişə bilsin. Bankların filiallarını böyük ticarət mərkəzlərində, təyyarə limanlarında artırmaq lazımdır ki, heç bir problem olmasın”.

Tarix
2016.12.09 / 18:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla