Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Aprel 2018


İlham Əliyev Linda Lanzillottanı qəbul etdi - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğuladı və əminliklə bildirdi ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizin infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu dedi. “Milan Expo-2015” sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini dedi və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca rol oynadağını xüsusi qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəmərində işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini dedi. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənab Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd etdi və bunun əlaqələrimizin inkişafı üçün xüsusi önəm daşıdığını dedi.

Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirdi. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət etdi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2017.11.02 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev Niderland kralını və CAR liderini təbrik etdi

Deputatdan sərt etiraz: ermənilərə icazə verirsiniz, bizə yox!

“Söyüş"ün pulu kəsildi: Yarımçıq qalan Quska…

Bakı və Ankara mesajını verdi, indi seçim İrəvanındır

Qarabağ münaqişəsi ondan başladı ki... - Baburin

İlham Əliyev Londonda: Mühüm görüşlər - Foto

Biz uduzduq, Avropa qazandı – Duqindən Türkiyədə etiraf

Niyə mənim adım korrupsiya siyahısındadır? - Seyidov

Rusiya-Türkiyə konfransı başladı - Foto

Merkel İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla