Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2018


Bu qərar İrəvana ciddi mesajdır - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada hər hansı korrupsiya və ya sövdələşmə ilə bağlı hallar baş verməmişdi. Sadəcə müəyyən adamlarla dostluq münasibətləri var idi.

Bunu Publika.az-a açıqlamasında Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Luka Volontenin Milan Məhkəməsində bəraət almasını şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ədalətli mövqeyi və haqq işi çərçivəsində prezident İlham Əlyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq AŞPA-da bir çox avropalı deputatın səsverməsi ilə ölkəmizin maraqlarına cavab verən qərarlar qəbul olunub. R.Rzayev qeyd edib ki, məhz bu, işğalçı Ermənistanı qane etmir: “Ermənistan öz imkanları, lobbi təşkilatlarının hesabına məsələni qaldıraraq İtaliyanın müəyyən orqanlarına çatdırdılar. İtaliyanın müvafiq orqanları da araşdırma apardılar. Araşdırma göstərdi ki, ermənilərin iddia etdiyi hallar baş verməyib və nəticədə, Milan Məhkəməsində Luka Volonte ilə bağlı bəraət verildi. Məsələyə digər tərəfdən baxmağının heç bir əsası yoxdur. Biz bunu AŞPA-da da dəfələrlə sübut etməyə çalışmışıb və Milan Məhkəməsinin bu qərarından sonra digər təşkilatlar da bu iddiaların hansı maraqlara xidmət etdiyini düzgün istiqamətdə görə biləcəklər. İkili standartların olmasından yararlanaraq Azərbaycana qarşı təzyiq forması kimi istifadə edirdilər. Milan Məhkəməsinin qərarı ilə ədalət öz yerini tutdu”.

AŞPA-dakı nümayəndə heyətimizin üzvü hesab edir ki, bu qərar İrəvana ciddi bir mesajdır: “Bu mesaj ondan ibarətdir ki, Ermənistanın bugünkü işğalçı rəhbərləri və erməni diasporası işğalçı siyasətindən, qarayaxma kampaniyalarından əl çəkməlidir. Onlar işğal siyasətindən əl çəkmədiyinə görə müxtəlif bəhanələrlə işğal vəziyyətini uzatmaq üçün yalan, böhtan və qarayaxma siyasətini beynəlxalq təşkilatlarda yeridirlər. Erməni lobbisi də bu işdə dəstək olur. Əsas məqsəd odur ki, işğal məsələsi gündəmdən çıxsın. Təbii ki, ermənilər müəyyən müddət bunu bayram edirlər, amma son nəticədə həmişə olduğu kimi ədalət öz sözünü deyir. Milan Məhkəməsi də ədalətli qərar qəbul etdi”.

Xatırladaq ki, dünən Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb.

Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.

Tarix
2018.02.14 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Köçəryan klanı ətrafına toplayır: Nikola qarşı cəbhə

Rusiyadan açıqlama: Naxçıvanla sərhəddə monitorinq...

Azərbaycanlı Latviyada deputatlığa namizəd oldu

Konvensiya yeni perspektivlər açır – Millət vəkili

İrəvanda şok xəritə: bu ölkələrin işğalı planlaşdırılır – Foto

Xəzər Konvensiyasının Bakı üçün əsas önəmi... - Politoloq

Baş nazirdən qərar: yeni tərkib təsdiq edildi

İlham Əliyev 2 sərəncam imzaladı

Xəzərlə bağlı daha mühüm bir məsələ həllini tapır

Xəzər Konvensiyası: Bakının xeyrinə olan 4 mühüm maddə

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla