Yuxarı

Ermənistanın Qarabağda hərbi təliminin – Səbəbi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi potensialının ən azı 60 faizi işğal olunmuş Dağlıq Qarabağ ərazisində cəmlənib.

Bu sözləri Axar.az-a Ermənistanın Dağlıq Qarabağ ərazisində təlim keçirməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ermənistanın hazırda əsl işğalçı kimi davrandığını bildirib:

“Ermənistanın hərbi potensialının ən azı 60 faizi işğal olunmuş Dağlıq Qarabağ ərazisində cəmlənib. Ermənistan əsasən öz hərbi qüvvələrinin köməyi ilə işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə başlayıb. Bu o deməkdir ki, ermənilər müharibə riskindən ehtiyat edirlər, ona görə də lazım gələrsə, Dağlıq Qarabağ ətrafında özünü müdafiə zolağını genişləndirəcəklərini bildirirlər. Onlar müdafiə zolağı dedikdə Dağlıq Qarabağın şimal bölgələrini - Goranboy və Tərtəri nəzərdə tuturlar. Ermənistan bu bölgələrdə Azərbaycanın hərbi qüvvələrinin üstünlük təşkil etməsinə və Ordumuzun bir sıra torpaqları azad etməsinə çox ağrılı yanaşır. İşğalçılar son təlimlərdə Tərtər və Goranboy zonasında hərbi əməliyyatların aparılmasını qarşılarına məqsəd qoyublar. Bununla guya öz aləmlərində Azərbaycana psixoloji təsir edəcəklərini zənn edirlər. Azərbaycan Ordusu sözügedən bölgələrdə kifayət qədər güclü müdafiə xətti yaradıb. İşğalçının kiçik bir cəhdi qarşılığında düşmənə sarsıdıcı zərbə endirilərək, ərazi bütövlüyümüz təmin ediləcək”.

Politoloq hesab edir ki, Ermənistanın son günlər Qarabağ ritorikasını artırmasının səbəbi Azərbaycanın Ordusunun doktrinasındakı müddəalarla bağlıdır:

“Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin olunmasını qarşısına bir nömrəli vəzifə olaraq qoyub. Bu proses ilk növbədə Dağlıq Qarabağın işğaldan azad edilməsindən başlayacaq. Buna görə də erməni tərəfi Qarabağa daha çox diqqət yetirir. Azərbaycan Ordusu Dağlıq Qarabağı - Xankəndini ən qısa müddətdə azad etmək imkanındadır. Xankəndi azad edildikdən sonra isə ermənilərin öz silahlılarını geri çəkməkdən ayrı əlacı qalmayacaq”.

Tarix
2018.09.25 / 17:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla