Yuxarı

ABŞ-ın Bakıdakı keçmiş səfirinə yeni vəzifə verildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ross Uilson ABŞ-ın Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub.

Report-un verdiyi xəbərə görə, amerikalı diplomat bu gündən etibarən səlahiyyətlərinin icrasına başlayıb.

R.Uilsonun Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin gələcək perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər ticari-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq, həmçinin Gürcüstan və regionda təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.

R.Uilson 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki, 2000-2003-cü illərdə isə Azərbaycandakı səfiri olub.

Bundan əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş aksiya keçirilib.

Tarix
2018.11.09 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla