Yuxarı

Çovdarovun qohumu danışdı: Brilyant, ev, pul məsələsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:01

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən bu günkü prosesdə Akif Çovdarovun vəkili Şahin Rəfiyev vəsatət verib.

O, cinayət işinə xitam verilməsini və müvəkkilinin saxlanıldığı təcridxanada görüşə icazə verilməsini istəyib. Vəkil Şahin Rəfiyev bildirib ki, vəsatət qəbul olunub, lakin müzakirəyə çıxarılmayıb.

Şahin Rəfiyevin sözlərinə görə, ötən iclasda zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb: "Zərərçəkmiş suallara "xatırlamıram", "yaddan çıxarmışam" və "unutmuşam" cavablarını verirdi. O, məhkəmədə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirdiyini etiraf etdi. Şahmar Qurbanov bizim suallarımızı aqressiv cavablandırırdı. Suallara cavabda"sizə adiyyatı yoxdur" deyirdi. Məhkəmə də bunu cavab kimi qəbul edirdi.

Zərərçəkmiş guya Akif Çovdarova 500 min dollar, 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq briliyant verdiyini bildirdi. Lakin o, həmin pul və briliyantları harada verdiyini xatırlamadığını söylədi".

Vəkil qeyd edib ki, Akif Çovdarov iki həkimin nəzarəti altında məhkəməyə gətirilib: "Akif Çovdarov nəfəs almaqda çətinlik çəkdiyi üçün prosesdə fasilə elan olunub. Günün ikinci yarısında keçiriləcək iclasda şahid, "Read Farm" MMC-nin mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verəcək".

Daha sonra zərərçəkmiş Şahmar Qurbanov jurnalistlərə açıqlama verib.

O, bir ay bundan qabaq nə yediyini yadından çıxardığını bildirib:

"Hadisənin üzərindən çox vaxt keçdiyi üçün onu necə xatırlayım? Mən 9 ədəd 1 karatlıq, 1 ədəd də 3 kararlığı Akif Çovdarova gətirmişəm. 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlğı gətirəndə Akif Çovdarov dedi ki, bunlar da Eldar Mahmudova çatacaq. Ümumilikdə ona 300 min dollar dəyərində briliyant və 500 min dollar pul vermişəm. Həmin zərərin ödənilməsini istəyirəm".

Proses günün ikinci yarısında davam edəcək.

İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərəraçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində 19zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

19:15

Akif Çovdarov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin günün ikinci yarısında davam edən iclasında "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

APA xəbər verir ki, Akif Çovdarovun vəkili Kamandar Nəsibov prosesdən sonra jurnalistlərə bildirib ki, jurnalistlərin məhkəməyə buraxılması ilə bağlı vəsatət versələr də, təmin edilməyib.

Vəkil deyib ki, zərərçəkmiş Şahmar Qurbanovun epizodu ilə bağlı ləğv edilən MTN-in sabiq əməkdaşı, hazırda təqaüddə olan İsgəndər Hüseynov ifadə verib: "O ifadəsində dedi ki, Şahmar Qurbanov Bakıda bir çox şəxsə qarşı dələduzluq edib. O, uzun müddət Türkiyədə ticarətlə məşğul olub. Orada Hindistan vətəndaşına qarşı dəyəri 100 min dollardan baha olan brilyantı ələ keçirilib. Sonradan həmin qızılı Rusiyada satmaq istəyəndə dağıstanlılar əlindən alıb".

Vəkil bildirib ki, şahid Şahmar Qurbanov barəsində Türkiyədə axtarış elan edildiyini də deyib: "Şahmar ifadəsində deyib ki, Çovdarov tutulandan sonra Azərbaycana qayıdıb. İsgəndər isə barəsində axtarış olduğundan onu Azərbaycana qayıtdığını qeyd etdi".

Zərərçəkən Şahmar Qurbanov isə jurnalsitlərə açıqlamasında İsgəndər Hüseynovun dediklərinin yalan olduğunu bildirib: "İsgəndər Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Həm də Çovdarovun qonşusu olub. Birbaşa mənim ələhimə ifadə verdi. Çovdarova brilyantı elə onunla birgə gətirmişəm. Mən MTN-ə gələndə Akif Çovdarovun otağına İsgəndər aparıb. Əhmədlidəki evimi onun arvadının adına keçirmişəm".

Proses noyabrın 28-də davam edəcək.

Tarix
2016.11.23 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla