Yuxarı

Jurnalistlərə "Şeyxülislam mükafatı" veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.

APA-nın məlumatına görə, Şeyxülislam jurnalistlər üçün keçirilən "Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri" mövzusunda 2 həftəlik seminarın açılışında bildirib ki, fəaliyyətində jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir.

O qeyd edib ki, jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var: "Mən artıq düşünmüşəm və hazırlanması üçün tapşırıq vermişəm ki, jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək".

Qeyd edək ki, seminarın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və digər şəxslər iştirak edib.

Tarix
2016.11.25 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla