Yuxarı

Natiq Əliyev Polşaya səfərə gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika Nazirliyində nazir Natiq Əliyevlə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun da iştirak etdiyi görüşdə dekabrın 19-20-də keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının VII iclasına son hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin iş adamlarının maraq dairəsində olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, müvafiq şirkətlərin bu müzakirələrə cəlb edilməsi və Hökumətlərarası Komissiyanın iclası çərçivəsində keçiriləcək biznes görüşündə onların iştirakının təmin edilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib.

Polşanın enerji, gəmiçilik, dəniz nəqliyyatı, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən M.Tsalka bildirib ki, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hər iki ölkə geniş potensiala malikdir. Birgə layihələrin həyata keçirilməsi isə həm Azərbaycan, həm də Polşa üçün faydalı ola bilər.

N.Əliyev isə bildirib ki, Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi irəli sürülən təkliflər üzrə razılaşmaların əldə edilməsi üçün zəruri dəstəyi verməyə hazırdır. O, Azərabycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq deyib ki, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələr olduqca çoxşaxəlidir: “Hökumətlərarası Komissiyanın VII iclası yeni prioritetlərin müzakirəsi və razılaşmaların əldə edilməsi ilə iqtisadi münasibətləri daha da inkişaf etdirəcək”.

Polşada keçiriləcək tədbirdə yekun olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

Tarix
2016.12.02 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla