Yuxarı

Bakı sakini iddia edir ki, 12-ci imamdır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Bakı sakininin sosial şəbəkələrdə yaydığı video ciddi müzakirə mövzusuna çevrilib. O, iddia edir ki, 12-ci imamdır. İmran Əliyev adlı şəxs həmçinin İsa peyğəmbərin geri göndərildiyini də deyir. Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqressiya ilə qarşılanıb.

Axar.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, özünü Əliyev İmran Xeyrulla oğlu kimi təqdim edən bu şəxs çəkdiyi video müraciətlə 12-ci imam Mehdi Sahib əz-Zaman olduğunu iddia edir. Özü də rus dilində.

O əvvəlcə bütün inanclı insanları salamlayır. Deyir ki, bu gün bu video yazını bütün dünya görəcək. Bakı şəhərində yaşadığını da vurğulayan İmran iddia edir ki, 2 il bundan qabaq ona Allah tərəfindən vəhy gəlib. Guya ona deyiblər ki, 12-ci imam Mehdi əleyhissəlam onun özüdür. İmran daha da qabağa gedərək İsa peyğəmbərin geri qayıtdığını da deyir. Bildirir ki, İsa peyğəmbər Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildiriblər ki, belə videolar müxtəlif adamların dili ilə tez tez yayılır. Onları ciddi qəbul etmək olmaz.

Tarix
2017.01.15 / 21:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla