Yuxarı

Mübariz Qurbanlıdan Şeyxin "imam" qərarına münasibət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının məscidlərə təyin edilən din xadimlərinin “imam” adlandırılması qərarına münasibət bildirib.

İstanbulda səfərdə olan M.Qurbanlı Report-a açıqlamasında bildirib ki, Azərbaycanda məscidlərə və onun idarəçiliyinə cavabdeh qurum Qafqaz Müsəlmanları İdarəsidir: “Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi fəaliyyət göstərən məscidlərə rəsmi din xadimləri təyin olunur. Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının toplantısı keçirilərkən Şeyxülislam həzrətləri təklif etdi ki, Azərbaycanda din xadimləri vahid sistem əsasında, eyni ad altında təmsil olunsun. Həmin Qazilər Şurasındakı müzakirənin nəticəsində səsvermə ilə qərara alındı ki, bundan sonra Azərbaycanda məscidlərə təyin olunan din xadimləri “imam” adlandırılsın. Buna qədər də “imam” termini Azərbaycan məscidlərində işlədilirdi. Biz islam həmrəyliyi, vəhdət istiqamətində siyasətimizi həyata keçirdiyimizə görə, məscidlərə təyin olunan din xadimlərini məzhəbə görə adlandırmağın doğru olmadığını açıq şəkildə bildirdik və Şeyxülislamın bu təklifi də Qazilər Şurası tərəfindən təsdiq olundu. İndi Azərbaycanda din xadimlərinin təyinatı zamanı müxtəlif dini vəzifə adları müəyyən edilib. Bunlardan “mütəvəli” , "imamnaib", “imam”, “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi”, “Qafqaz Müsəlmanları İdarəsinin Şeyxülislamı tərəfindən təyin olunmuş qazilər” . Bunlar Azərbaycanda din sahəsində, dini idarəçilikdə çalışacaq vəzifəli din xadimlərinin təyin edildiyi vəzifələrdir. Burada heç bir ayrı-seçkilik yoxdur, bu, bir sistemdir və bundan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçiriləcək . Orada din xadimlərinin təyinatı da Qazilər Şurası tərəfindən həll olunur. Şeyx təklif edir, onlar müzakirə edir, orada xüsusi yoxlamadan keçir, imtahan verir və bundan sonra rəsmi təyinat alır. Din xadimlərinin rəsmi təyinatı məsələsi Azərbaycanda ardıcıl olaraq həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də dövlət qurumu olaraq bu işlərdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə iştirak edir. Hesab edirəm ki, bu təklif və bu addım çox önəmlidir, əhəmiyyətlidir və Azərbaycan üçün də bügün çox dəyərlidir, yararlıdır”.

Tarix
2017.09.25 / 17:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla