Yuxarı

Məhkəmədən Mehman Hüseynovla bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan bloqçu Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə Mehman Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış edib.

Onlar Mehman Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Daha sonra xüsusi ittihamçısının nümayəndəsi Əlirza Əbilov çıxış edib. O, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını istəyib.

Mehman Hüseynov da çıxış edərək ittihamı qəbul etmədiyini deyib. O, barəsində bəraət hökmünün çıxarılmasını isyətib.

Daha sonra hakimlər kollegiyası qərar elan etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən üayıdan hakimlər Mehman Hüseynovun şikayətini təmin etməyib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.

O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sentyabrın 29-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə Bakı Apelyasiya Məhkəməsinin həmin qərarə qərarı ləğv edilib, iş yenidən geri qaytarılıb.

Mehman Hüseynov bu ilin yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.

Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.

Tarix
2017.12.15 / 17:18
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla