Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Sentyabr 2018


Ekspertdən iş adamlarını sevindirən təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər vergi dərəcələrinin optimallaşadırılması dəfələrlə gündəmə gətirilsə də, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri vergi sistemindəki çatışmazlıqlar haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert hesab edir ki, vergi yükünün azaldılması, eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir:

“Hazırda Vergilər Nazirliyi Vergi Məcəlləsinə yeni dəyişikliklər hazırlayır. Əvvəla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq, sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib. Bu baxımdan sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir.

İkincisi, vəsaitin nağdılaşdırılması zamanı tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə” vergi xalis mənfəətdən ayırmadır ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da, vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir.

Üçüncüsü, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var. Mövcud qanunvericiliyə əsasən, elmlə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki sektorlardan asılı olaraq vergi dərəcələri fərqləndirilməlidir. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır.

Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də fiziki şəxslərin gəlir vergisi aşağı salınmalıdır”.

Ekspert bildirib ki, Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflər təqdim edib.

Tarix
2018.05.16 / 12:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu xəstələrin sayı 3 dəfə artıb - Azərbaycanda

Balababa Rzayev 17 gündə nə iş gördü? – Video

Ölkənin ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Zakir Həsənov Mixail Boçarnikovla görüşdü

Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında

“Nar”dan tələbələrə təqaüd proqramı

Deputat oğlunun zərər çəkdiyi milyonluq işdə qalmaqal

Generalların məhkəməsinin vaxtı açıqlandı – MTN işi

İlham Əliyev Yıldırımla görüşdü - Foto

Kəlbəcərdən yeni görüntü: Ermənilər səfil günündə - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla