Yuxarı

DGK-da Rusiya gömrükçüləri ilə görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Axar.az-averilən məlumata görə, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban qonşuluq və səmərəli əməkdaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərin inkişafından bəhs edib.

İqbal Babayev iki ölkə arasında gömrük sahəsində də səmərəli və işgüzar əlaqələrin qurulduğunu, birgə layihələrin icra edildiyini, təhlükəsizliyin təmin olunması, fiskal siyasətin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin təşkil olunduğunu bildirib. Rusiyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdıran komitə sədrinin müavini iki ölkənin iqtisadi baxımdan paralel inkişaf etdiyini vurğulayıb.

Qeyd edilib ki, 1995-ci ildən Azərbaycan Gömrük Xidməti ilə Rusiya Gömrük Akademiyası arasında işgüzar əlaqələr qurulub və Azərbaycanın 60-a qədər gömrük əməkdaşı Rusiya Gömrük Akademiyasında təhsil alaraq ixtisaslı kadr kimi gömrük orqanlarında fəaliyyətini davam etdirir. İqbal Babayev Rusiya Gömrük Akademiyasının kadrların hazırlanması sahəsindəki təmənnasız dəstəyini yüksək qiymətləndirdiklərini, 4 il əvvəl yaradılmasına baxmayaraq Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının da artıq mühüm nailiyyətlər əldə etdiyini bildirib və iki ölkənin gömrük akademiyaları arasındakı əlaqələrin inkişaf etdirilməsinin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Komitə sədrinin müavini Azərbaycan gömrüyünün ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılaraq dünya gömrük ailəsinin etibarlı üzvünə çevrildiyini və bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar hesabına dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. İqbal Babayev Azərbaycan Gömrük Xidmətinin gömrük işinə dair hazırladığı və həyata keçirdiyi müxtəlif layihələrin beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini və bir sıra ölkələrə tövsiyə olunduğunu bildirib.

Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusov Azərbaycana ilk dəfə səfər etdiyini və burada gördüklərinin xoş təəssüratlar yaratdığını vurğulayıb. Paytaxt Bakının sürətlə inkişaf etdiyini bildirən rusiyalı qonaq Azərbaycanın ixrac potensialının və hazır məhsul istehsalının sürətlə artdığını qeyd edib. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların artıq nəticə verdiyi qənaətinə gələn Vladimir Mantusov bunun da iqtisadi artıma müsbət təsir göstərən mühüm amillərdən biri olduğunu vurğulayıb.

İki ölkənin birlikdə reallaşdırmağa çalışdığı "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyətinə də toxunan rusiyalı qonaq, bu layihənin beynəlxalq yükdaşımalar zamanı xərclərin azalmasına və vaxta qənaət olunmasına, hər iki ölkənin gəlirlərinin artmasına şərait yaradacağını bildirib.

Görüşdə Azərbaycan və Rusiya arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Sonra qonaq Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələr və "Hədəf" mərkəzi ilə tanış olub.

Rusiya Gömrük Akademiyasının rəisi ikigünlük səfəri zamanı Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında görüşlər keçirəcək, təhsil müəssisəsinin təlim-tədris bazası ilə tanış olacaq.

Eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Ofisinin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.

Tarix
2018.07.16 / 17:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla