Yuxarı

Yağış Bakıda ev uçurdu - FHN çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən başlayan yağış nəticəsində Bakıda bir neçə ev suyun altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə müvafiq köməklik göstərilib.

Bundan başqa Binəqədi rayonunda analoji vəziyyətlə üzləşmiş 2 nəfərə də yardım göstərilib.

Musavat.com isə xəbər verir ki, gecə yağan yağış Bakının Səbail rayonunda bir evin uçmasına səbəb olub. Hadisə vaxtı həmin mənzildə heç kəsin olmaması faciənin qarşısını alıb.

Bəşir Səfəroglu 152 ünvanında yerləşən vətəndaşa məxsus fərdi yaşayış evi qəfildən çökməyə başlayıb. Bunu görən ətrafdakı insanlar Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Hadisə yerinə nazirliyini xüsusi riskli xilasetmə xidmətinin əməkdşları cəlb olnub. Bundan əlavə dağıntılar alında insanların qalması ehtimal olunduğundan əraziyə xüsusi təlim keçmiş itləri gətirilib.

Hadisə yerinə ilk baxış keçirilən zaman məlum olub ki, çökən 1 mərtəbəli tikilidə yaşayış olmayıb. Verilən məlumata görə, çökən fərdi yaşayış evində uzun müdətdir ki, heç kim məskunlaşmır. Hadisəyə səbəb kimi yağan güclü yağış göstərilir.

Tarix
2014.11.03 / 09:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla