Yuxarı

Müəllimləri borca salan direktor hücuma keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin adına kredit götürən sabiq məktəb direktoru ilə bağlı qalmaqal səngimək bilmir.

Axar.az-a verilən məlumata görə, 171 saylı orta məktəbin keçmiş direktori İradə Murğuzovadan narazı müəllimlərin şikayətləri qurtarsa da, həmin məktəbin müəlliməsi Mədinə Tağıyeva ilə arasında çəkişmə davam edir.

Məlumatda deyilir ki, tərəflərin bu günə kimi çəkişməsi təsadüfi deyil. İ.Murğuzova direktor olduğu dövrdə M.Tağıyeva ilə yola getməyib və münasibətlər getdikcə pisləşib. Bundan sonra M.Tağıyeva onun barəsində kompromatları ictimailəşdirib. Müəllimənin həyat yoldaşı Teymur Rzanın da vəkil olması direktora qarşı birgə mübarizə aparmağa hüquqi dəstək olub.

Məlum olduğu kimi, İ.Murğuzovanın müəllimələrin adına kredit götürüb, onların özünə ödətməsi mətbuatda ictimailəşdikdən sonra təhsil naziri direktoru vəzifəsindən qovdu. Yəni, müəllimə istəyinə çatdı. Ancaq Murğuzova-Tağıyeva skandalı bununla bitmədi.

M.Tağıyeva şərəf və ləyaqətinin alçaldıldığını əsas gətirərək İ.Murğuzovaya qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. Xətai Rayon Məhkəməsi isə İ.Murğuzovanın mətbuatda Mədinə Tağıyevadan üzr istəməsi və ona 2.500 manat təzminat ödəməsi haqqında qərar çıxarmışdı.

İndi isə keçmiş direktor M.Tağıyevaya qarşı iddia qaldırıb. Bu barədə virtualaz.org saytına vəkil Teymur Rza məlumat verib. Dekabrın 16-da Xətai Rayon Məhkəməsində keçmiş direktorun iddiasına baxılacaq.

Xatırladaq ki, keçmiş direktor müəllimə haqda bunları söyləmişdi: "Ay əclaf qadın… Mədinə məktəbimdə ən savadsız müəlimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur".

Tarix
2014.12.14 / 23:48
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla