Yuxarı

DİN-dən qonşuların at davası ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:15

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

"Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürülmək məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır", - açıqlamada qeyd olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Goranboy rayon Xanqərvənd kənd sakini 35 yaşlı Sahilə Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Report Goranboy rayon sakini Sahilə Ələkbərovanın qonşuları tərəfindən ata bağladılıb, sürüdüldüyü barədə məlumat yayıb.

Tarix
2019.10.10 / 13:44
Müəllif
Nərmin, Mahir
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla