Yuxarı

Bir xanım özünü asdı, biri isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax və Şəki şəhərində intihara cəhd hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Qaxda bir uşaq anası intihara cəhd edib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, noyabrın 4-ü saat 11:30 radələrində rayonun Qazmalar kənd sakini 1990-cı il təvəllüdlü Dinara Oruc qızı Məmmədova ağır vəziyyətdə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, bir uşaq anası olan 25 yaşlı Dinara Məmmədova intihar etmək məqsədi ilə özünü valideynlərinin yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asıb. D.Məmmədova son anda qonşuları tərəfindən xilas edilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Dinara Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Dinara Məmmədovanın intihara cəhd etməsi faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Şəkidə də intihara cəhd hadisəsi baş verib.

Report xəbər verir ki, Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir uşaq anası, Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Rayon hüquq-mühafizə orqanlarından verilən məlumatda qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etmək istədiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Tarix
2015.11.04 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla