Yuxarı

Kənan Hacı və Aqşin Evrəndən - Bir abzas

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir abzas - yeddi rəng" layihəsində: Üçüncü rəng - Yaşıl

"Bir abzas - yeddi rəng" layihəsində Yazıçı Kamal Abdulladır.

Yazar Kənan Hacı:

– Kamal Abdullanın yaradıcılığına bütöv şəkildə nəzər salarkən ancaq öz sözünü, öz cümləsini, öz təsvir ədasını, öz intonasiyasını görürsən. Kamal müəllimin esseləri yüksək ədəbi zövqün, geniş erudisiyanın, sağlam təfəkkür və intellektin, fenomenal beynin, iti zəkanın və əlbəttə, böyük istedadın, ədəbiyyata olan sonsuz sevginin məhsuludur. "Sehrbazlar dərəsi"nin ilk rüşeymləri "Qərar" hekayəsindən yaranmışdı. Xatırlayıram, mən bu hekayəni 90-cı illərin sonunda "Xəzər" jurnalında oxumuşdum, hekayənin mistik aurası, fərqli dil, təhkiyə tərzi məni heyran etmişdi. Aradan illər keçəndən sonra çoxqatlı dildə yazılmış "Sehrbazlar dərəsi"ni oxudum və həmin o hekayənin mütaliəsindən aldığım unudulmaz təəssürat təzələndi.

Aqşin Evrən:

Kamal Abdulla yaradıcılığından ilk olaraq "Yarımçıq əlyazma" romanını oxumuşam. Romanı oxuyub bitirəndən sonra əsər mənə "yarımçıq" kimi deyil, tarixin qaranlıq dövrlərində parça-parça olmuş nəhəng mədəniyyətin ən mühüm pazılı kimi gəldi. Zaman və məkan anlayışının unudulduğu, insan və onun mahiyyətinin gün işığına çıxarıldığı roman öz səhifəsi ilə tarixə belə bir mistik şillə çəkir: "Həqiqət gün işığı kimi qaçılmazdır!". Bu, Kamal müəllimin hekayələri üçün də xasdır: onun yaradıcılığındakı kosmoqonik mövzular birbaşa reallığın dərkinə hesablanıb. Kamal Abdulla zamansızlıq parametrlərini təkcə hadisələrin dövretmə periodunda deyil, həmçinin yaratdığı qəhrəmanların da "simasında" əks etdirir. O, mifologiyanın kökünün reallığa pərçimləndiyini, bu yolla da insanın zamanlar arasında, yəni öz mənəvi dünyalarında fasiləsiz səyahətinin mümkünlüyünü bədii qələmi ilə üzə çıxarır.

P.S. Kamal Abdullanın hekayələrindən ibarət "Sirri–Zəmanə" adlı yeni kitabını "Kitab Klubu" (Mustafa Sübhi 13), "Bukinist" (İstiqlaliyyət küç. 69H), "Kitabevim.az" Kitab Evi ("AK Center", 2-ci mərtəbə), "Əli və Nino" kitab dükanlarından, "Bayatı" kitab satış mərkəzindən, "Xan Xəzinəsi" kitab dükanlarından, "Papirus" Kitab Evindən əldə etmək olar.

Əvvəlki Abzaslar:

Bir abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng - Ağ

Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas. İkinci rəng - Qırmızı

Tarix
2014.09.04 / 22:30
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla