Yuxarı

Azərbaycanlı İŞİD-çidən atasına heyvani çağırış - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı İŞİD-çidən atasına heyvani çağırış - Video

Suriyada İŞİD-ə qoşulan azərbaycanlı gənc atasına çağırış edib.

Axar.az xəbər verir ki, özləri üçün o qədər də adi olmadığı sezilən "kabablama mərasimində" çıxış edən vəhhabi vəziyyətindən razılıq edir. O, hazırlanmış süfrənin yüksək səviyyədə olduğuna inana-inana (görünür, hətta bu vəziyyətdə açılmış süfrə də Suriyada nadir hadisə sayılır) rahat şərait, pulsuz mənzil və normal qidalanmadan danışır.

Atasına çağırış edən terrorçu onu Suriyaya dəvət edir. Onun yanında olan və kadrları lentə alan da azərbaycanlıdır. Yol üstündəki kafelərin birində yemək yeyən vəhhabi gənc heç bir problem olmadığını söyləyir.

"Burada kimsə ac-susuz qalmır. Azərbaycandakından daha yaxşı yeyirik. Gəl bura, yaxşı ev də verilir, yaşa da. Orda yaşamaqdansa, burda yaşa".

İnsanın yalnız "rahat yeməkdən ibarət məxluq" olduğu təsəvvürünü atasına aşılamağa çalışan vəhhabi gənc deyir ki, Suriyaya gəlmək üçün Elnur adlı şəxsə müraciət etsin.

Bu çağırış əslində Suriyada döyüşənlərin təfəkkürünü ortaya qoyur; onlar yalnız yatmaq üçün yer və ət yemək üçün vuruşmaq təfəkkürünə sahibdirlər ki, bu da qətiyyən insani deyil – belə dünyagörüşlə ancaq meşə yırtıcıları yaşayır.

Yəqin ki, Elnurun kimliyi ilə artıq Azərbaycan hüquq mühafizə orqanları maraqlanacaq…

Azadxəbər.az-ın yaydığı videonu təqdim edirik:

Tarix
2015.01.29 / 12:26
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla