Yuxarı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

Davos İqtisadi Forumu yanvarın 19-da öz işinə başlayacaq, müzakirə və görüşlər 4 gün davam edəcək. ABŞ Prezident Donald Tramp Davosa böyük heyətlə gələcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Davosda əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırmaq mümkündür:

“Trampın bu mövzularda avropalılara deməyə sözü var. Qəzzada nisbi sakitilkdir, növbəti mərhələdə bölgənin idarəolunması və yenidən qurulması gəlir. Avropalılar bu mövzunu müzakirə etməyə həvəsli deyillər. Çünki Qəzza mövzusuna Tramp nəzarət edir, onun bu məsələdə əsas tərəfdaşları isə Asiya ölkələridir.

Tramp Davosda müxtəlif ölkə liderləri ilə görüşəcək, Ağ Ev sahibinin Davosa Forumuna qatılacaq Azərbaycan Prezidenti İlham Əliyevlə də təmas saxlayacağı ehtimalı var”.

Politoloq xatırladıb ki, Davos İqtisadi Forumuna Ermənistanın Baş naziri Nikol Paşinyanın qatılmayacağı diqqət çəkir:

“Adətən o, mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Halbuki o, Davosda Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmək imkanı qazana bilərdi. Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o, əsas vaxtını ölkə daxilində rəqbilərini necə zəiflətməyə həsr etməlidir.

Paşinyanı Davosa səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davosdakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyan isə bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davosda ona verilən “Ermənistan Avropa Birliyi ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcək” sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o, oxşar sualla üzləşmək istəmir.

Davosda İrandakı gərgin vəziyyət də müzakirə oluna bilər ki, Paşinyan cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəmir”.

Tarix
2026.01.18 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla