Yuxarı

MHP AKP ilə koalisiya şərtlərini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

MHP Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı şərtlərini açıqlayıb.

Axar.az xəbər verir ki, partiyanın AKP ilə koalisiyaya getmək üçün dörd şərti var. MHP sədri Dövlət Baxçalı Baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi təqdirdə bu şərtləri şəxsən çatdıracaq.

MHP-nin şərtləri isə bunlardır:

1. Prezident idarəetmə üsuluna keçilməsi fikrindən imtina və parlament sistemilə davam etmək;

2. Türk şəxsiyyəti və unitar dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı konstitusiyaya heç bir dəyişikliyin edilməməsi;

3. 17-25 dekabr əməliyyatı (2013-cü il) zamanı adı rüşvətə qarışan şəxslərin məsuliyyətə cəlb edilməsi;

4. PKK ilə danışıqlardan imtina edilməsi.

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP 80, HDP 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.

Tarix
2015.06.09 / 14:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla