
Modi tapşırıq verdi: Gülləyə artilleriya ilə...
16:53
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Azərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs edilib.
"Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, həbsin Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bildirilir.
Həbs edilən şəxsin 1953-cü il təvəllüdlü Xaçik Martirosyan olduğu qeyd edilib. Xüsusi xidmət orqanlarının yaydığı bəyanatda onun Azərbaycanın Gürcüstandakı səfirliyi ilə öz təşəbbüsüylə əlaqə saxladığı və Azərbaycana məlumat ötürmək istədiyi iddia edilib.
Onun bu addımında əsas məqsədin Azərbaycandan maliyyə yardımı almaq olduğu deyilib.
Tarix
2014.02.05 / 12:09
|
Müəllif
İlkin Həsənov
|