Yuxarı

Azərbaycanlı iş adamı knyazla razılığa gəldi – Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baghlan Qrup"un prezidenti Hafiz Məmmədov Fransa kubokunun 1/4 finalının bir oyununu Bakıda keçirmək istəyir.

Bu barədə kluba yaxın mənbədən "Axar.az"a məlumat daxil olub. Bildirilir ki, "Hafka" ləqəbli məşhur iş adamının sponsor olduğu "Lans" klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan "Lion"a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə "Lans" "Monako"ya qarşı keçirəcək.

Mənbənin dediyinə görə, Hafiz Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var. Bir qədər əvvəl "Hotel de Paris" otelində Monako onunla görüşmüşdü. "Bakı" futbol klubunun prezidenti "Monako"nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirmişdi, habelə ardından ona Azərbaycan futbolu haqda məlumat vermişdi.

"Elə knyaz 2-ci Albert də Hafiz Məmmədovun "Lans"a göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdi. İndi Hafiz müəllim Albertlə dostluq əlaqələrindən danışıb "Lans"la Monakonun oyununu Bakıya salmaq istəyir. Bu təbii ki, "Lans"ın ev oyunu sayılacaq. Futbol tarixində əslində belə hallara rast gəlinib. Sadəcə "Lans" "Monako"nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur", deyə mənbə bildirib.

Mənbənin dediyinə görə, Hafiz Məmmədov İngiltərə çempionatının 2-ci dəstə klubu "Lids"i də almaq niyyətindədir. Hazırda bir vaxtlar İngiltərənin adlı-sanlı klublarından olan "Lids"in əldə edilməsi yönünündə danışıqlar gedir.

Tarix
2014.02.17 / 17:48
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla