Yuxarı

Başımı bağlamağımı istəsə, onu da edərəm - Pərvin Abıyeva

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başımı bağlamağımı istəsə, onu da edərəm - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva "Öz aramızda" verilişində iştirak edərkən şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraflar edib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, o, ailəni qorumaq naminə həyat yoldaşının istəklərinə müəyyən həddə qədər anlayışla yanaşmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşı istəsə, geyim tərzini dəyişə, hətta başını bağlamağa da razı ola bilər. Eyni zamanda, müəyyən yerlərə getməmək və bəzi insanlarla ünsiyyəti kəsmək kimi tələbləri də ailə naminə qəbul edəcəyini vurğulayıb.

Lakin Pərvin Abıyeva qeyd edib ki, bütün bunların da bir sərhədi var. O, doğru bildiyi məsələlərdə güzəştə getməyəcəyini, ağ olanı qara kimi təqdim etməyə razı olmayacağını deyib.

Aktrisa həmçinin gələcək həyat yoldaşından gözləntilərini də açıqlayıb. Bildirib ki, indiki həyat şəraitini öz zəhməti ilə qurub və istəyərdi ki, həyat yoldaşı da onun qədər olmasa belə, ayaqda dura bilən, ailəsini dolandıra bilən, övladlarını böyüdüb təhsil verə bilən biri olsun.

Pərvin Abıyevanın bu açıqlamaları veriliş izləyiciləri və sosial şəbəkə istifadəçiləri arasında geniş marağa səbəb olub.

Tarix
2025.12.26 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla