Yuxarı

Ölkədə narkomanların sayı açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 28555 nəfər təşkil edir.

Trend-in məlumatına görə, bunu bu gün Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondu ilə birgə 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirdiyi "Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu" mövzusunda konfransda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov söyləyib.

Onun sözlərinə görə, həmin narkomanlardan 592-ni qadınlar təşkil edir.

Mərkəzin direktoru bildirib ki, yalnız 2015-ci ildə ümumi qeydiyyata görürülən narkomanların sayı 2017 nəfər təşkil edib.

O qeyd edib ki, 2015-ci ildə könüllü olaraq müalicə olunmaq üçün Mərkəzə 2833 nəfər müraciət edib.

T.Məmmədhəsənov bildirib ki, narkomaniya sağalması çox çətin olan xəstəlikdir. Bunun qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi vacib əhəmiyyət kəsb edir.

O əlavə edib ki, təkcə 2015-ci ildə Respublika Narkoloji Mərkəzində sərxoşluğun bütün növlərinin təyin edilməsi üçün 30 655 nəfər müayinədən keçirilib.

Mərkəz direktorunun sözlərinə görə, Nazirlər Kabinetinin 2016-cı ildə narkomaniyanın profilaktikası məqsədilə təsdiq etdiyi "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsində istifadə edilən əvəzedici müalicə proqramının tətbiqi şərtləri və qaydaları" proqramı çərçivəsində 424 xəstə müalicə olunub və şəfa tapıb.

Tarix
2016.06.23 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla