Yuxarı

28 “Zapı”lı ocaq - FOTO

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
28 “Zapı”lı ocaq - FOTO

Bir vaxtlar öndə gedən avtomobillər siyahısında olan "Zaporojeç"ə - "Zapı" adını almış bu minik avtomobillərinə - indi şəhərimizdə çox nadir hallarda rast gəlirik. Elə bu səbəbdən də gördüyümüz "Zapı"nın sahibiylə bir neçə kəlmə söhbət etdik:

Maşın xəstəsi

- Adım Nəbidir, özüm "Sovetski" uşağıyam. Belə demək olarsa, maşın xəstəsiyəm. Bu "xəstəlik" də mənə atamdan keçib. Atamın nə az, nə çox - iyirmi səkkiz "Zapı"sı olub. On bir dənə də mənim. Hal-hazırda sürdüyüm "Zapı" on birincidir.

Bu maşın 1991-ci il istehsalıdır, özü də eksport variantdı. Bu modeldə güzgülər və "kapot" (ön hissə ötrüyü) fərqlidir. Mühərrik adətən bunlarda 30-luq və 40-lıq olur. Məndə isə 45-lik mühərriklə yığılıb. Maşının bu vəziyyətə gəlməsi üçün üstünə 8.000 manat pul qoymuşam. Etdiyim əlavələr: arxa və qabaq işıqları "ksenon" qoydurmuşam, qabaq oturacaqlar 60 "kuza"lıq "BMW 5"in oturacaqlarıdır. Hətta oturacaqlarda qızdırıcılar da var. Oturacaqlar təmiz dəri, maşının tavanı isə "alkantar" və "nabuk"la yığılıb. Üstəlik, maşında monitor və bahalı təkərlər var. Maşında 8 "kalonka" və 2 səsgücləndirici də var. Hələ 2 "basavik"im də varıydı, indi çıxarıb qaraja qoymuşam ki, arxada adam otura bilsin.

Tarix
2013.10.18 / 10:54
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla