Yuxarı

Maşınların qeydiyyat sənədində dəyişiklik edilib?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşınların qeydiyyat sənədində dəyişiklik edilib?

Son günlər nəqliyyat vasitələrinə verilən qeydiyyat şəhadətnamələrinin forması diqqət çəkib.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaşlar bildirib.

Onların sözlərinə görə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi standart formasından fərqli şəkildə təqdim olunub:

“Qeydiyyat şəhadətnaməsinin əvəzinə arayış formasında sənəd verilib. Üzərinə möhür vurulub. Sənədi verəndə bildirdilər ki, pandemiya ilə əlaqədar sənədlərin hazırlanmasında istifadə edilən materiallar bitdiyi üçün müvəqqəti olaraq bu formada təqdim edilir”.

Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin formasında dəyişiklik ediləcək?

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bu kimi halların iki səbəbdən mümkün ola biləcəyini qeyd edib:

“Bir ara sürücülük vəsiqələri ilə bağlı da belə məsələ ortaya çıxmışdı. Amma bütün hallarda sürücülük vəsiqələri Mərkəzi İnformasiya Sistemində rəsmi qaydada, olduğu kimi görünürdü. Sadəcə, həmin arayış müəyyən müddətlik verilirdi. Sürücülər daha sonra həmin arayışı təqdim edib, həqiqi sürücülük vəsiqələrini alırdılar.

Çox güman ki, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin arayış formasında verilməsi də bu şəkildə olacaq. O arayışlar sürücülərin üzərində olmasa da, əməkdaşlar sistemdə baxanda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olduğu kimi görünəcək.

Ola bilər ki, kağızların çatışmazlığı, ya da qeydiyyat şəhadətnaməsinin üzərində hər hansı dəyişiklik zamanı müvəqqəti olaraq bu şəkildə təqdim edilsin. Bunun da səbəbi sürücülərin ikinci dəfə eyni sənədə görə əlavə rüsum ödəməməsidir. Hazırlandıqdan sonra yeni formada sistemə yüklənir, vətəndaşa isə bir qədər sonra təqdim edilir”.

Tarix
2020.07.24 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla