Yuxarı

Vaqif Əsədov: "368 min sürücü..."

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2015-ci ilin ilk dörd ayı ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 290 183 inzibati protokol tərtib olunub.

Bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Protokolların 5 871-i sərxoş, 954-ü yol polislərinə tabe olmayan, 5 123-ü hərəkətini qırmızı işıqda davam etdirən, 3 165-i sürət həddini aşan, 297-si avtoxuliqanlıq edən, 1 331-i avtomobili sənədsiz idarə edən, 56 242-si isə yol ayrıcına düzgün daxil olmayan sürücülər barəsində yazılıb.

Bundan əlavə, dörd ay ərzində Bakı Şəhəri üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən quraşdırılan Mərkəzi Məlumat Xidmətinin (MMX) radar və kameraları vasitəsi ilə avtomatik olaraq 78 112 sürücü barəsində müxtəlif yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati protokol tərtib olunub.

Bu ilin ilk dörd ayında Bakı şəhərində sürücülərlə bağlı ümumilikdə 368 295 inzibati protokol tərtib edilib.

Hesabat dövründə yol hərəkəti qaydalarını pozan yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyən 36 mindən artıq piyada da inzibati qaydada (20 manat məbləğində) cərimələnib.

Tarix
2015.05.06 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla