Yuxarı

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşdı

Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub.

Bu barədə Axar.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinq nəticəsində müəyyən olunub ki, bazarda qiymətlər iki seqment üzrə dəyişib.

Birinci seqment üzrə ili yeni və mühərrik gücü 2.5 L və daha böyük olan avtomobillərin qiymətində 4 faizə yaxın azalma qeydə alınıb. Səbəb Aİ-95 markalı benzinin qiymətindəki son artımla əlaqələndirilir.

İkinci seqment üzrə isə Aİ 92 markalı benzin istifadə edən avtomobillərin qiyməti 5 faizə yaxın bahalaşıb. Bütövlükdə, sentyabr ayında avtomobil bazarında 1.2 faiz qiymət artımı müşahidə olunub.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 14-dən Aİ-95 (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, Aİ-98 (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb.

Tarix
2021.10.10 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla